Avstraliya-2026: Son məşqlərdə Rassell əlçatmaz olub

Albert Parkdakı son məşqlərin startı Formula 3 yarışında 5-ci döngədəki zədələnmiş qoruyucu baryerin təmirinə görə 20 dəqiqə təxirə salınıb. Sessiyanın ümumi müddəti dəyişməyib.

FIA bu gecə əvvəlcə 8 və 9-cu döngələr arasındakı hissədə Straight Mode rejimini ləğv edib. Çünki sürücülər bu zonada həmin rejim aktiv olanda asfaltayatma qüvvəsinin çox azaldığını və bunun idarəetmənin itirilməsinə səbəb ola biləcəyini bildiriblər. Daha sonra bu qərar ləğv edilib. Bir çox komanda bunun onları qeyri-bərabər vəziyyətə saldığını hesab edib. Məşqdən sonra FIA məsələni yenidən müzakirə edəcək.

Bir gün əvvəl olduğu kimi, tribunalar səhərdən dolub. Cümə günkü məşqlərdən sonra komandalar lazımi düzəlişləri yerinə yetiriblər və sıralanma turu ilə yarışa hazırlığı davam etdirib.

Ləns Stroll Honda güc qurğusundakı problemlər səbəbindən sessiyada iştirak etməyib.

Sessiyanın ilk dövrəsində Karlos Saynsın maşını pit-leyn girişinin qarşısında dayanıb. Onun evakuasiyası üçün bir neçə dəqiqə sonra qırmızı bayraqlar görünüb. Karlos boksa piyada qayıdıb, maşın isə evakuatorla gətirilib. On dəqiqə sonra sürücülər yenidən pit-leyndən çıxıb, lakin Sayns sessiyanın davamında iştirak etməyib.

Sona 14 dəqiqə qalmış yenidən qırmızı bayraqlar dalğalanıb. Kimi Antonelli ciddi qəza edib. Mercedes ikinci döngənin bordüründə yerində fırlanıb və yüksək sürətlə divara çırpılıb. Məyus olan gənc italiyalı kokpitdən özü çıxıb, lakin Mercedes mexanikləri maşını demək olar ki, yenidən yığmalı olacaqlar.

Sessiyanın sonunda yalnız bir sürətli dövrə üçün vaxt qalıb. Sürücülər Soft təkərlərlə trasa çıxıblar və Corc Rassell 1:19.053-lük nəticə ilə protokola başçılıq edib – ən yaxın rəqibindən 0.6 saniyə sürətli olub.

Artıq hazırlıqlar başa çatıb və bizi sıralanma turu gözləyir…

S # Sürücü Komanda Nəticə Fərq Dövrə
1 63 Corc Rassell Mercedes 1:19.053 23
2 44 Lyuis Həmilton Ferrari 1:19.669 +0.616 22
3 16 Şarl Lekler Ferrari 1:19.827 +0.774 20
4 81 Oskar Piastri McLaren 1:20.087 +1.034 17
5 6 Ayzek Həcər Red Bull 1:20.137 +1.084 15
6 3 Maks Ferstappen Red Bull 1:20.197 +1.144 15
7 12 Kimi Antonelli Mercedes 1:20.324 +1.271 18
8 1 Lando Norris McLaren 1:20.443 +1.390 22
9 5 Qabriel Bortoleto Audi 1:20.459 +1.406 19
10 87 Oliver Berman Haas 1:20.778 +1.725 18
11 41 Arvid Lindblad Racing Bulls 1:20.838 +1.785 15
12 30 Lyam Louson Racing Bulls 1:20.890 +1.837 13
13 31 Esteban Okon Haas 1:20.983 +1.930 19
14 27 Niko Hülkenberq Audi 1:21.067 +2.014 22
15 10 Pyer Qasli Alpine 1:21.071 +2.018 26
16 43 Franko Kolapinto Alpine 1:21.413 +2.360 22
17 23 Aleksander Elbon Williams 1:21.664 +2.611 17
18 14 Fernando Alonso Aston Martin 1:22.720 +3.667 20
19 77 Valtteri Bottas Cadillac 1:23.514 +4.461 12
20 11 Serxio Peres Cadillac 1:24.397 +5.344 21
21 55 Karlos Sayns Williams 1
22 18 Ləns Stroll Aston Martin
, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*