Avstraliya yarışının tarixi məlum olub

Britaniya mətbuatının verdiyi xəbərə görə Avstraliya yarışının tarixi məlum olub.

F-1.az bildirir ki, gələn il Avstraliya yarışı 30 mart-2 aprel tarixləri arasında keçiriləcək. Beləliklə, Albert Park ardıcıl ikinci dəfə mövsümün üçüncü yarışını qəbul edəcək.

Əvvəllər mövsümün açılış yarışı olan Avstraliya yeni müqaviləyə əsasən mövsümün ilk 3 yarışından birini təşkil edəcək. Ancaq yeni müqaviıəyə görə Albert Park 2035-ci ilə qədər 5 mövsümdə açılış yarışını qəbul etməlidir. Avstraliya bunun üçün 2024 və 2025-ci illəri artıq seçib. Digər mövsümlər isə növbəti illərdə bilinəcək.

Gələn il peletonda Melburnda anadan olmuş Oskar Piastri də ola bilər və buna görə Avstraliya yarışı daha xüsusi olacaq.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*