Avstraliya-2018: Mətbuat konfranslarının cədvəli

Avstraliya Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının Formula1-dən iştirakçılarının adları açıqlanıb.

FİA bu dəfə də yenilik edib. Cümə axşamı və cümə günləri jurnalistlərin suallarına cəmi 3 nəfər cavab verməli olacaq. Cümə axşamı konfrans otağına Lyuis Həmilton (Mercedes AMG), Daniel Rikkardo (Red Bull) və Sebastyan Fettel (Ferrari), cümə günü isə elə bu sürücülərin “müdirləri” Mauritsio Arrivabene (Ferrari), Kristian Horner (Red Bull) və Toto Volff (Mercedes AMG) dəvət olunublar: komanda başçıları ikinci sərbəst yürüşlərdən sonra deyil, bu dəfə yürüşlərarası fasilədə jurnalistlərin ixtiyarında olacaqlar.

F-1.az xatırladır ki, şənbə və bazar günləri konfrans otağında sıralanma turu və yarışın ilk üçlüyü yer alır…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*