H.Marko: Mövsümün sonunda qərar verəcəyik

Red Bull şirkətinin idman məsləhətçidi Helmut Marko bildirib ki, Aleksander Elbon haqqında qərarı ilin sonunda verəcəklər.

F-1.az xatırladır ki, taylandlı sürücü Ştiriyada Belçikaya qədər ardıcıl 6 yarışdan xal alsa da, son 9 yarışın sadəcə üçünü onluqda bitirə bilib. Gənc pilot hazırda 70 xalla 9-cu yerdədir.

Onun yerinə hazırda Serxio Pereslə Niko Hülkenberqin adları hallanır.

Helmut Marko: “Son qərarı Əbu Dabidən sonra verəcəyik. Elbon Türkiyədə yerində fırlanana qədər əla yarışırdı, amma mövsüm bitəndən sonra tam dəyərləndirmə edəcəyik. İndi heç nə demək istəmirəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*