B.Ekklstoun köhnə Fettel üçün darıxır

Formula1-in sabiq rəhbəri Berni Ekklstoun bildirib ki, köhnə Fettel üçün darıxır.

F-1.az xatırladır ki, dördqat Dünya Çempionunun əvvəl Berni Ekklstounla arası çox yaxşı idi.

Berni Ekklstoun: “O dəyişdi. Onunla təzə tanış olanda uşaq idi. Çox utancaq və mədəni oğlan idi. İndi isə əsl kişi olub. Artıq nə etmək istədiyini bilir və fərqli Sebastyan olub.

O niyə dəyişdi bilmirəm. Əvvəl fikrini özünə saxlayar və insanlara danışmazdı. İndi isə düşüncələrini hamı ilə bölüşür. Hamıya və bütün dünyaya kömək etmək istəyir. Onu şəxsiyyəti və əsl yarışçılığı üçün darıxıram”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*