Bridgestone: Şanxayda təkərlər çox yüklənir

Bridgestone şirkəti Şanxaya Avstraliya Qran Prisində istifadə olunan təkər tərkiblərini – Medium və SuperSoft tərkiblərini gətirəcək, bu isə komandaların və […]

Bridgestone şirkəti Şanxaya Avstraliya Qran Prisində istifadə olunan təkər tərkiblərini – Medium və SuperSoft tərkiblərini gətirəcək, bu isə komandaların və sürücülərin işini bir qədər çətinləşdirir. Çin trasının uzunluğu 5.45 km-dir, iki uzun düz yol və 16 müxtəlif döngədən ibarətdir. Sərt əylənmələr, ciddi yan yüklənmələri və sürətlənmədə arxa təkərlərin trasla ilişməsinə tələbkarlıq – bu avtodromda təkərlərin yaxşı işləməsinə təsir edən bir neçə faktor.

2-ci və 7-ci döngələrdə təkər çox güman ki, dənlə örtüləcək, 7-ci və 8-ci döngələrin ardıcıllığında isə yan yükləmələr təkərin konstruksiyasının dözümlülüyünə və qızmağa davamlılığına xüsusi tələblər irəli sürür. Əvvəlki illərdə komandalar adətən iki pit-stoplu taktikadan istifadə edirdilər, çünki ağır çəkili maşında dövrəni qət etmə zamanı artır, təkər yeyilməsi də sürətlənir.

Hirohide Hamaşima: “Şanxay avtodromunda təkərlər ciddi yüklənmələrə məruz qalırlar. Yan yüklənmələr olduqca çoxdur və biz gözləyirik ki, qabaq sol təkər daha tez dənlə örtüləcək, xüusən də dəyişən radiuslu 2-ci döngəni və düzləşən 13-cü döngəni keçərkən. Çox güman ki, arxa təkərlər də dənlə örtüləcək. Trasın konfiqurasiyası elədir ki, komandalar maşının aerodinamikasını asfalta yatma qüvvəsinin orta səviyyəsinə sazlayacaqlar, çünki burda iki uzun düz yol var: bu zaman trasın böyük hissəsi döngəlidir və yüksək sürücülük usralığı tələb edir. Komandalar və sürücülər təkərin istifadəsində maksimal səmərəlilik əldə etmək üçün sazlanma seçimində çətinliklərlə üzləşəcəklər.

Avstraliyada SuperSoft təkərlərinin daha tez dənləşməsi hamı üçün problem olmuşdu, amma dənləşmə dərəcəsi hər bir komandada müxtəlif idi, hətta qabaq və arxa təkərlərdə də fərqli idi: bu isə o deməkdir ki, düzgün kompromisli sazlanmaların seçim prosesi davam edir. Biz gözləyirik ki, Çində təkərlərin dənlə örtülməsi bir qədər az olacaq, çünki komandalar yeni maşınların davranışını artıq öyrəniblər. Bundan başqa Şanxay avtodromu stasionardır, ona görə də trasın asfalt örtüyü daha yaxşı olmalıdır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*