C.Aytken Williams-da qalıb

Cek Aytken bu mövsüm də Williams komandasının ehtiyat sürücüsü olaraq qalacaq.

F-1.az xatırladır ki, gənc sürücü keçən il Saxir yarışında Corc Rasseli əvəz edərək, Formula1-də debüt yarışına çıxmışdı. Britaniyalı sürücü yarışı 16-cı yerdə başa vursa da, qüsursuz performans göstərmişdi.

26 yaşlı pilot bu il də Williams komandasında ehtiyat sürücü olacaq və bəzi Qran Prilərin ilk sərbəst yürüşlərində sükan arxasına keçəcək.

Cek Aytken: ” Williams keçən il mənə karyeramın ən xüsusi anını yaşatdı və burada qaldığım üçün xoşbəxtəm. Burada çoxlu dostlarım oldu. Komanda olaraq yeni uğurlar qazanmaq istəyirik”.

Komanda rəhbəri Simon Roberts: “Ceki komandada saxladığımız üçün xoşbəxtik. O, böyük istedaddır və komandada hamı onu sevir. Keçən il Saxir Qran Prisində göstərdiyi performansla bizi heyran etdi. O, çox çalışqandır və onu komandada saxladığımız üçün sevincliyik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*