18 Oktyabr 2019, Cümə - 23:14

Bridgestone Macarıstanda: Soft və SuperSoft

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:31 - 24 İyul, 2009

Bridgestone şirkətinin idman bölümünün rəhbərliyi komandaların tənqidini nəzərə alaraq təkər seçimində dəyişikliklər ediblər. Monakoda olduğu kimi, Macarıstanda komandalara iki ən […]

Bridgestone şirkətinin idman bölümünün rəhbərliyi komandaların tənqidini nəzərə alaraq təkər seçimində dəyişikliklər ediblər. Monakoda olduğu kimi, Macarıstanda komandalara iki ən yumşaq təkər tərkibləri – SuperSoft və Soft cütlüyü təqdim olunacaq…

Hirohide Hamaşima: “Hunqarorinq maraqlı trasdır, bu tras bütün ilboyu boş qalır, ona görə də cümə sərbəst yürüşlərində asfaltla ilişmə səviyyəsi yarışda olduğundan kskin fərqlənəcək. Bu maşınların sazlanmasını və təkər seçimini çətinləşdirəcək, ona görə də komandaları ciddi iş gözləyir. Bu trasda təkərlərin tez bir zamanda dənlə örtülməsini nəzərə almaqla təkərlərdən istifadənin effektliyi və sıralanma turunda mövqe çox vacibdir, axı macar trasında ötmək mümkün deyil. Adətən Macarıstanda bizi isti hava gözləyir, hərçənd, 2006-cı ildə yağışda Censon Batton məhz burada ilk qələbəsini qazanmışdı.

Asfaltın sürüşkən olması üzündən biz buraya ən yumşaq tərkib cütlüyünü gətirmişik. Hunqarorinq təqvimdə stasionar traslardan ən yavaşıdır, asfalt çox cod deyil, təkərlər tez qızmır. SuperSoft və Soft tərkiblərinin işçi temperatur diapazonu ən aşağıdır, bu seçim komandalara təkərlərdən effektiv istifadəyə imkan yaradacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 217
Teqlər
Paylaş

logo