Bridgestone Kanadada: SuperSoft və Medium

Əvvəllər Bridgestone şirkəti Monreala ən yumşaq təkərlərini gətirirdi, amma bu dəfə qaydalara uyğun olaraq, təkər tərkibləri kəskin fərqlənməlidirlər, ona görə […]

Əvvəllər Bridgestone şirkəti Monreala ən yumşaq təkərlərini gətirirdi, amma bu dəfə qaydalara uyğun olaraq, təkər tərkibləri kəskin fərqlənməlidirlər, ona görə də çempionat iştirakçılarına Super Soft və Medium tərkibləri təqdim olunub. Vəziyyəti şirkətin yarış təkərləri şöbəsinin başçısı Hirohide Hamaşima şərh edib…

Hirohide Hamaşima: “1997-ci ildən bəri ilk dəfə olaraq biz Monreala slikləri gətirəcəyik. Əvvəllər də bu trasda təkər seçimi çox çətin idi, amma reqlamentin tələbinə uyğun olaraq bu dəfə biz komandalara Super Soft və Medium tərkiblərini verəcəyik.

Tras sürətlənməyə və əylənməyə xüsusən tələbkardır, bu isə təkərlərin yüklənməsi deməkdir – sürücülər diqqətli olmalıdırlar. uik-endin gedişində asfalt ötrüyün vəziyyəti kəskin dəyişir, Monrealda havanı da qabaqcadan söyləmək çətindir – bütün bu faktorlar qarşıdakı yarışı komandalar və bizim əməkdaşlarımız üçün ciddi sınağa çevirir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*