Bridgestone Bəhreyndə: Super Soft və Medium

Bu il Bridgestone şirkəti mövsümün gedişində komandalara dörd təkər tərkibi təqdim edəcək – SuperSoft, Soft, Medium və Hard – hər […]

Bu il Bridgestone şirkəti mövsümün gedişində komandalara dörd təkər tərkibi təqdim edəcək – SuperSoft, Soft, Medium və Hard – hər uik-endə iki təkər tərkibi. Tərkiblərin adları dəyişməsə də konstruktivləri yenilənib, bununla da təkərlərin qızdırılmasına sərf olunan vaxt azalıb və resursları artıb.

Yeni reqlamentə əsasən uik-end ərzində komandaların işlətdikləri təkər dəstlərinin sayı azaldılıb – indi hər sürücü 14 (7 bərk və 7 yumşaq) təkər dəsti əvəzinə cəmi 11 (6 bərk və 5 yumşaq) təkər dəstindən istifadə edə biləcək. Yağış təkər dəstlərinin sayı isə keçən il olduğu kimi qalıb – yarış zamanı sürücü 3 dəst yağış və 4 dəst keçid təkərlərindən istifadə edə bilər.

Xiroşi Yasukava, Bridgestone Motorsport-un direktor: “Bir neçə gündən sonra Bridgestone-un Formula1-də 14-cü mövsümü başlayacaq. Biz yeni komandaları, yeni sürücüləri və üçillik fasilədən sonra çempionata qayıtmış Mixael Şumaeri salamlayırıq, reqlamentdəki dəyişikliklər yarışları daha da baxımlı edəcək.

Belə bir idmanda iştirak etmək Bridgestone üçün kommersiya baxımından əvvəlki kimi önəmlidir, çempionatın bizim üçün strateji vacib olan Yaxın Şərqdə başlaması isə bizim marağımızı daha da artırır.”

Hirohide Hamaşima, Bridgestone Motorsport-un yarış təkərləri şöbəsinin başçısı: “2010-cu ildə komandalar və Bridgestone yeni imtahanla üzləşəcəklər – yanacaqdoldurmanın qadağan olunması üzündən biz quru asfalt üçün bütün tərkiblərin konstruktivini dəyişmişik, indi startda maşınlar keçən illə müqayisədə 100 kq ağır olacaqlar, ilk onluq isə yarışa sıralanma turunda istifadə etdikləri təkərlərlə başlayacaqlar. Logistika bölümünün də işi artıb – komandaların sayı artıq və təqvimdə 19 yarış var.

Bəhreyn trasının yeni konfiqurasiyası səkkiz əlavə döngə deməkdir, bu isə təkərlərin yeyilməsinə və maşınların sazlanmasına təsir edəcək. Biz komandalara daha aşağı işçi temperatur diapazonu olan SuperSoft tərkibini və daha yüksək diapazonlu Medium tərkibini verəcəyik. Mövsümöncəsi testlərin qısa olmasını nəzərə alsaq, bizi maraqlı uik-end gözləyir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*