BMW Sauber: “Təşəkkür və uğurlar, Robert!”

“Təşəkkür və uğurlar, Robert!” – BMW Sauber komandasının mövsümün sonunda Robert Kubitsa ilə müqaviləsini pozmasına həsr olunmuş mətbuat relizi belə […]

“Təşəkkür və uğurlar, Robert!” – BMW Sauber komandasının mövsümün sonunda Robert Kubitsa ilə müqaviləsini pozmasına həsr olunmuş mətbuat relizi belə adlanır, gələn ildən polşalı sürücü Renault komandasında çıxış edəcək…

Mario Tayssen: “Robert bizim üçün çox iş görüb – mən əminəm ki, biz də onun həyatında vacib rol oynamışıq. O bizim komandaya 2006-cı ildə gəlmişdi, Formula1 təcrübəsi olmadan biz onu test sürücü kimi qəbul etdik. Amma mövsümün gedişində o artıq bizim əsas sürücüyə çevrildi və bir dəfə də olsun biz bu qərardan heyifslənmədik. Keçən il Bəhreyndə o bizim üçün ilk poulu, bir qədər sonra Kanadada isə ilk qələbəni qazandı – bu komandanın tarixində vacib hadisələr idi.

Biz Robertə güclü və stabil çıxışına görə təşəkkür edirik və gələcəkdə ona uğurlar arzu edirik.”

Robert Kubitsa: “Mən səmim qəlbdən BMW Sauber komandasına minnətdarlıq edirəm ki, Formula1 maşınının sükanını mənə həvalə etmişdilər. Mən komandanın etibarını yaxşı nəticələrlə doğrultdum, keçən il ilk poul və qələbəni qazandım. Bu anlar daim mənim yaddaışmda qalacaq, gələn il isə məni yeni çağırış gözləyir.

BMW Sauber-də işlədiyim hər bir kəsə uğurlar arzulayıram. Əminəm ki, bizim Formula1-də yollarımız hələ çox kəsişəcək.”

Robert Kubitsa 2006-cı il avqustun 6-da Macarıstan Qran Prisində debüt edib, BMW Sauber komandasında 55 yarış keçirib, 8 podium və 129 xal qazanıb. BMW Sauber komandası gələn il üçün heyətini hələ müəyyən etməyib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*