V.Bottas: “Doğru yoldayıq”

Mercedes komandasının sürücüsü Valtteri Bottas bildirib ki, yeniliklər bolidin döngələrdəki performansını artırıb.

F-1.az xatırladır ki, “gümüşü oxlar” rəqibləri kimi Barselonaya yeniliklər gətiriblər. W10-da yeni yönləndirmə lövhəciklərindən savayı yenilənmiş güzgülər var.

Valtteri Bottas: “Bolidə yenilik gətirdiyimiz günlər həmişə maraqlı olur. Necə performans göstərdiklərini anlamağa çalışırsınız. Boliddə özümü yaxşı hiss edirəm. Qış testlərindən fərqlidir. Həm də döngələrdəki performansımız artıb. Dövrə ərzində balans daha yaxşı idi. Yəni ki, qış testlərindən sonra doğru yöndə inkişaf etmişik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*