Braziliya-2017: DHL Fastest Pit Stop Award

Artıq üçüncü ildir ki, Formula1-də mövsüm ərzində daha çox sürətli pit-stoplara görə fərqlənən komanda müəyyən olunur. Yekunda isə həmin komandaya Formula1-in rəsmi tərəfdaşlarından biri olan DHL-in təsis etdiyi DHL Fastest Pit Stop Award mükafatı verilir.

F-1.az xəbər verir ki, İnterlaqosda ən sürətli pit-stop əməliyyatını Williams mexanikləri yerinə yetiriblər – onlar Strollun maşınının dörd təkərini 2.1 saniyəyə dəyişiblər. Lakin bu nəticə onlara Mercedes-in bu reytinqdə də mövsümü vaxtından əvvəl birinci tamamlamasına mane olmağa kifayət etməyib. Çempion komanda iki nəticə ilə ilk onluğa düşüb və ümumilikdə 12 xal qazanıb.

İkinci ən sürətli pit-stop əməliyyatını Ferrari-nin mexanikləri Fettel üçün ediblər. Red Bull-un əməkdaşları da Ferstappennin maşınına göstərdikləri xidmətə görə ilk üçlüyə düşməyi bacarıblar.

Komanda Avstraliya Çin Bəhreyn Rusiya İsaniya Monako Kanada Azərbaycan Avstriya Britaniya Macarıstan Belçika İtaliya Sinqapur Malayziya Yaponiya ABŞ Meksika Braziliya Əbu Dabi Cəmi
1. Mercedes 26 1 8 20 40 33 30 12 15 33 12 29 43 43 18 30 35 25 12 465
2. Williams 40 25 31 25 12 12 25 0 43 31 43 12 0 12 19 19 6 33 26 414
3. Red Bull 6 27 19 25 18 25 8 18 10 22 0 1 21 15 26 25 30 6 17 319
4. Ferrari 11 20 10 1 6 1 16 25 14 1 14 21 8 0 18 0 23 20 28 237
5. Force İndia 6 12 30 4 1 4 17 27 0 0 0 2 4 12 14 6 0 6 12 155
6. Toro Rosso 12 10 1 20 20 10 0 1 12 0 23 18 1 1 0 0 1 10 0 140
7. Haas 0 6 0 0 4 8 0 12 4 10 6 18 22 18 6 11 0 1 6 126
8. McLaren 0 0 2 6 0 8 5 6 2 4 1 0 0 0 0 8 6 0 0 54
9. Renault 0 0 0 0 0 0 0 0 0 0 2 0 2 0 0 2 0 2 0 8
10. Sauber 0 0 0 0 0 0 0 0 1 0 0 0 0 0 0 0 0 0 0 1
, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*