15 Dekabr 2019, Bazar - 06:22

Brawn GP və Force İndia işə başlayıblar

Brawn GP və Force İndia işə başlayıblar

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

15:06 - 10 Avqust, 2009

İkihəftəlik məcburi tətildən sonra Formula1 tədricən normal iş rejiminə qayıdır. Bu gün səhər Brawn GP və Force İndia komandalarının bazaları […]

İkihəftəlik məcburi tətildən sonra Formula1 tədricən normal iş rejiminə qayıdır. Bu gün səhər Brawn GP və Force İndia komandalarının bazaları açılıb. Bu komandalar qarşısında müxtəlif məqsədlər durur, amma hər iki komanda çalışmalıdır: Brawn GP nəticələrin pisləşməsi problemini təcili həll etməlidir, Force İndia isə son yarışlarda əldə etdiyi kiçik uğurlarını bərkidib inkişaf etdirməlidir…

Bu ilin reqlamenti tələb edir ki, avqust ayında bütün komandaların bazaları iki həftə müdətinə bağlansınlar. Brawn GP-nin Brəklidə və Force İndia-nın Silverstounda bazaları Hunqarorinq yarışından dərhal sonra bağlanmışdı, ona görə də bu komandalar artıq bu gündən işə başlayıblar. Yerdə qalan 8 komanda isə macar mərhələsindən bir həftə sonra bazalarını bağlamağı qərara alıblar, ona görə də onların tətilləri hələ davam edir.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 312
Teqlər
Paylaş

logo