ABŞ Qran Prisi: Sıralanma turu

Quru. Günəşli. Havanın temperaturu +21° C, trasın temperaturu +32° C Ostində sıralanma turunda həlledici faktorlardan biri Pirelli təkərləri olub – […]

Quru. Günəşli. Havanın temperaturu +21° C, trasın temperaturu +32° C

Ostində sıralanma turunda həlledici faktorlardan biri Pirelli təkərləri olub – şirkət konservativ seçim edib və komandalara Hard-Medium cütlüyünü təqdim edib, bu tərkibləri soyuq hava və sürüşkən asfalt üzündən işçi temperatur diapazonuna çatdırmaq həddən artıq çətin olub.

Uik-endin gedişində sürücülər asfaltla ilişmənina zlığından gileyləniblər, amma asfalt örtüyünün vəziyyəti tədricən yaxşılaşıb, sıralanma turunda isə asfaltın temperaturu +30 dərəcəni keçib. Bütün sərbəst yürüşlərin protokollarına Sebastyan Fettel başçılıq edib – rəqiblərindən fərqli olaraq Red Bull maşınları təkərlərin qızıdırlması problemi ilə üzləşməyiblər.

Birinci sessiyada sürücülər uzun dövrələr seriyasına çıxıblar ki, təkərlərdən effektli nəticə əldə edə bilsinlər. Bir çox sürücülər isə elə birdəfəlik Medium tərkibinə keçiblər. Sessiyanın sonuna 2 dəqiqə qalmış Narain Kartikeyan 2-ci döngədə dayanıb. Nəticələr hər dövrə yaxşılaşıb, yekunda protokollara bərk təkərlərlə Fettel başçılıq edib – 1:36.558, mübarizəni isə Daniel Rikkardo və zəif komandaların sürücüləri dayandırıblar.

İkinci sessiyada hamı Medium tərkibinə keçib və Fettel yenə də hamıdan üstün olub – 1:35.796. Battonun maşınında motor gücünü itirib, onunla bərabər Senna, di Resta, Vern, Peres, Kobayaşi və Rosberq mübarizədən kənar qalıblar.

Son sessiyada da sürücülər uzun dövrələr seriyasına çıxıblar. Lotus maşınlarında təkərlər daha tez qızıb, rəqiblər isə buna vaxt sərf etməli olublar. Fettel yüzüncü Qran Prisində 36-cı, mövsümdə isə 6-cı poulunu qazanıb. Lyuis Həmilton almaniyalı sürücüyə cəmi 0.109 saniyə uduzub. Titul uğrunda mübarizədə Sebastyanın yeganə rəqibi Fernando Alonso isə 9-cu olub. Amma sabah yarışa 8-ci yerdən başlayacaq, çünki Qrojanın maşınında ötürmələr qutusu dəyişdirildiyi üçün startda 5 yer itirəcək…

Yer Pilot Komanda Motor I sessiya II sessiya III sessiya
Yer Vaxt Yer Vaxt Vaxt Fərq
01 S.Fettel Red Bull Renault 01 1:36.558 01 1:35.796 1:35.657
02 L.Həmilton McLaren Mercedes 02 1:37.058 04 1:36.795 1:35.766 + 0.109
03 M.Uebber Red Bull Renault 03 1:37.215 02 1:36.298 1:36.174 + 0.517
04 R.Qrojan Lotus Renault 04 1:37.486 05 1:36.906 1:36.587 + 0.930
05 K.Rəykkönen Lotus Renault 12 1:38.051 10 1:37.404 1:36.708 + 1.051
06 M.Şumaher Mercedes AMG Mercedes 10 1:37.927 08 1:37.102 1:36.794 + 1.137
07 F.Massa Ferrari Ferrari 08 1:37.667 03 1:36.549 1:36.937 + 1.280
08 N.Hülkenberq Force İndia Mercedes 09 1:37.756 07 1:37.066 1:37.141 + 1.484
09 F.Alonso Ferrari Ferrari 11 1:37.968 09 1:37.123 1:37.300 + 1.643
10 P.Maldonado Williams Renault 06 1:37.537 06 1:37.011 1:37.842 + 2.185
11 B.Senna Williams Renault 05 1:37.520 11 1:37.604
12 C.Batton McLaren Mercedes 07 1:37.565 12 1:37.616
13 P.di Resta Force İndia Mercedes 13 1:38.104 13 1:37.665
14 J.E.Vern Toro Rosso Ferrari 15 1:38.434 14 1:37.879
15 S.Peres Sauber Ferrari 16 1:38.500 15 1:38.206
16 K.Kobayaşi Sauber Ferrari 14 1:38.418 16 1:38.437
17 N.Rosberq Mercedes AMG Mercedes 17 1:38.862 17 1:38.501
18 D.Rikkardo Toro Rosso Ferrari 18 1:39.114
19 T.Qlok Marussia Cosworth 19 1:40.056
20 Ş.Pik Marussia Cosworth 20 1:40.664
21 V.Petrov Caterham Renault 21 1:40.809
22 H.Kovalaynen Caterham Renault 22 1:41.166
23 P.de la Rosa HRT Cosworth 23 1:42.011
24 N.Kartikeyan HRT Cosworth 24 1:42.740

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*