Böyük Britaniya Qran prisinin taleyi çərşənbə axşamı h&

Londonda dərc olunan News Of The World qəzetinin yaydığı xəbərə görə, Böyük Britaniya Qran Prisinin taleyi üzümüzə gələn çərşənbə axşamı […]

Londonda dərc olunan News Of The World qəzetinin yaydığı xəbərə görə, Böyük Britaniya Qran Prisinin taleyi üzümüzə gələn çərşənbə axşamı həll olunacaq. Şimal-Qərbi Lesterşir rayonunun hökumətu xüsusi iclasda Doninqton Park trasında rekonstruksiya işlərinə qadağa qoya bilərlər, çünki avtodromun sahiblərinə qarşı icarə haqqını ödəmədikləri üzündən məhkəmə prosesi başlayıb. Hərçənd, istisna deyil ki, avtodromun direktoru Saymon Cillet Doninqton Parkın sahibləri ilə məsələləri yoluna qoymaq üçün möhlət ala bilər.

Rayon rəhbərliyinin başçısı Riçard Blant isə hesab edir ki, vəziyyət Cilletin xeyrinə dəyişə bilər: “Mən əvvəlki kimi nikbinliyimi itirmirəm, əminəm ki, gələn il milli yarış məhz Doninqtonda keçiriləcək. Əgər Berni Ekklstoun bunu istəməsəydi, o layihədən üz döndərərdi. Mən Cilletin nümayəndələri ilə danışmışam, onlar hesab edirlər ki, problem həll olunacaq.

Çərşənbə axşamı biz iki variantı nəzərdən keçirəcəyik. Birincisi, rekonstruksiya layihəsinə qadağa qoyula bilər, ikincisi isə, məsələnin həlli mayın 31-nədək təxirə salına bilər. Əgər bu müddətə kimi problem yoluna qoyulmasa, onda Qran Prini unutmaq olar, çünki işlərin görülməsinə vaxt qalmayacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*