C.Brəbhəm: “Uebber titul qazana bilər”

Üçqat dünya çempionu avstraliyalı Cek Brəbhəm hesab edir ki, mark Uebber bu il titul qazana bilər. 2009-cu ildə Mark ilk […]

Üçqat dünya çempionu avstraliyalı Cek Brəbhəm hesab edir ki, mark Uebber bu il titul qazana bilər. 2009-cu ildə Mark ilk poulunu, daha sonra isə ilk qələbəsini qazanıb, hazırda o turnir cədvəlində ikinci yeri tutur və rəqabətədavamlı maşının sükanı araxsında yarışır. Son üç yarışda avstraliyalı sürücü Censon Barrondan 15 xal çox qazanıb və hazırda çempionatın liderinə 18.5 xal uduzur. Əgər bu ənənə saxlanarsa, onda mövsümün sonuna yaxın titul uğrunda mübarizə gərginləşəcək…

Cek Brəbhəm: “Mən həqiqətən hesab edirəm ki, Uebber titul qazana bilər. Onun rəqabətədavamlı maşını var və o öz işinin öhdəsindən əla gəlir. Biz Markı karyerasının əvvəlindən dəstəkləyirik və mən çox şadam ki, bu il o belə uğurlar qazanıb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*