Bob Förnli dünyasını dəyişib

Force İndia komandasının və McLaren-in İndyCar layihəsinin sabiq rəhbəri Bob Förnli 70 yaşında dünyasını dəyişib.

F-1.az xatırladır ki, Förnli uzun illər Force İndia komandasında işləmiş və komandanın inkişafında müstəsna rolu olmuşdu. Komanda onun rəhbərliyində ardıcıl iki mövsüm Mühəndislər Kubokunda 4-cü olmuşdu.

Britaniyalı mütəxəssis 2017-ci ildə komandanın rəhbəri idi. 2018-ci ilin ortasında isə Force İnida-nın satılması ilə postunu tərk etməli olmuşdu. O, 2019-cu ildə McLaren-in İndyCar layihəsini idarə etsə də, 2020-ci ildə oradan da ayrılmışdı.

Bob 2020-ci ildən etibarən FİA-nın tək oturacaqlı maşınlar komissiyasında işləyirdi.

Aston Martin komandası bu barədə qısa açıqlama yayıb: “Bu gün dostumuz və sabiq komanda yoldaşımız Bob Förnlinin ölüm xəbərini çox məyusluqla öyrəndik. Bu çətin günlərdə bütün düşüncələrimiz onun ailəsi və dostları ilə birlikdədir”.

Qeyd edək ki, Bob Förnlinin hər hansı xəstəliyi yox idi. Onun ölüm səbəbi hələ də bilinmir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*