BMW yeni diffuzor hazırlamır?

BMW Sauber komandası Brawn GP, Toyota və Williams maşınlarında istifadə olunan ikili diffuzorlara qarşı protest verən komandalardan biridir. Keçən həftə […]

BMW Sauber komandası Brawn GP, Toyota və Williams maşınlarında istifadə olunan ikili diffuzorlara qarşı protest verən komandalardan biridir. Keçən həftə Apelyasiya Məhkəməsi bu konstruksiyanın qanunliyini təsdiq etdi və biz çox komandalar eyni elementin hazırlanmasına başlayıblar, Renault və McLaren isə artıq Çində keçid versiyalardan istifadə ediblər.

Bir neçə həftə əvvəl, hələ məhkəmənin qərarına qədər, BMW Sauber komandasının mühəndisləri F1.09-un aerodinamik konfiqurasiyasını reqlamentin həmin üç komandanın yozumuna əsasən təhlil ediblər, amma hələ məlum deyil ki, İspaniya Qran Prisində komandanın istifadə edəcəyi şassinin yeni versiyasında ikili diffuzor quraşdırılacaqmı…

Mario Tayssen: “Diffuzor maşının arxa aşağı hissəsinin aerodinamik qovşağının son elementidir. Bu mürəkkəb qurğudur, yalnız maşının ön hissəsində yerləşmiş elementlərlə optimal əlaqə zamanı effektiv işləyir. Onun hazırlanması asan proses deyil, ikili diffuzordan istifadə zamanı hava axınını optimallaşdırmaq və asfalta yatma qüvvəsini artırmaq üçün maşının bütün aerodinamikasını yeniləmək lazımdır.

İspaniya Qran Prisi üçün bizim Münhen və Hinvildəki mühəndislər yeni aerodinamik elementlər hazırlayıblar, amma FİA-nın icazə verdiyi diffuzorlardan istifadə barədə qərar qəbul etməmişik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*