13 Dekabr 2018, Cümə axşamı - 17:14

Həftəsonunun gedişinə qasırğa mane ola bilər

Həftəsonunun gedişinə qasırğa mane ola bilər

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

12:09 - 05 Oktyabr, 2018

Yaponiya Qran Prisinin gedişinə Konq Rey qasırğası müdaxilə edə bilər – meteoroloqlar qasırğa “super” önlüyü artırıblar. Konq Rey Yapon arxipelağının cənub-qərb adalarına artıq zərbə vurub, xüsusən də Okinava adası əziyyət çəkib – küləyin sürəti 200 km/saata çatıb!

F-1.az bildirir ki, Konq Reyin marşrutu Şərqi Çin və Yapon dənizinin üzərindən olacaq, amma şənbə günü praktiki olaraq qasırğanın təsirini bütün ölkə hiss edəcək. Nəticədə sıralanma turu ləngiyə və hətta təxirə salına bilər, biz bunun bir neçə dəfə şahidi olmuşuq.

Meteoroloqların proqnozlarına görə, bazar günü qasırğa Yaponiyanın ərazisini tərk edərək Vladivostok tərəfdən Rusiyaya daxil olacaq. Gözlənildiyinə görə, bazar günü Suzukada hava isti və günəşli olacaq.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 333
Teqlər ,
Paylaş

logo