BMW hələ komandanın taleyini həll etməyib

Belçikada BMW Motorsport-un başçısı Mario Tayssen jurnalistlərə bildirib ki, son həftələrdə heç bir dəyişiklik baş verməyib, potensial alıcılarla danışıqlar davam […]

Belçikada BMW Motorsport-un başçısı Mario Tayssen jurnalistlərə bildirib ki, son həftələrdə heç bir dəyişiklik baş verməyib, potensial alıcılarla danışıqlar davam edir, yeni təkliflər isə daxil olmayıb…

Mario Tayssen: “Heç nə dəyişməyib. Danışıqlar davam edir, amma vəziyyət əvvəlki kimidir – biz daxil olan təklifləri qiymətləndiririk və hələlik son qərardan çox uzağıq. Mən heç nə deyə bilmərəm. Sadəcə bilirik ki, FİA bizim 13-cü komanda üçün vakant yerə ərizəmizi qəbul edib, bizim heç bir üstünlüyümüz olmayacaq, amma vakant yeri tutmaq şansımız çoxdur. Son tarix? Mən bilmirəm, eyni zamanda digər namizədlərin şanslarını da bilmirəm.

Mən komandaya yeni sahib tapmaq üçün hər şeyi edirəm, sürücülər isə gələn mövsüm üçün danışıqlar aparırlar, amma biz alıcı tapmaqla heyəti saxlasaq əla olacaq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*