Beş sürücü cərimə olunub

Sıralanma turunun ikinci sessiyasının sonunda Sebastyen Bueminin qəzasından sonra trasda dalğalanan sarı bayraqlar altında sürücülərin davranışlarını araşdıran Yaponiya Qran Prisininstüardları […]

Sıralanma turunun ikinci sessiyasının sonunda Sebastyen Bueminin qəzasından sonra trasda dalğalanan sarı bayraqlar altında sürücülərin davranışlarını araşdıran Yaponiya Qran Prisininstüardları beş sürücünü sabah startda beş yer itirməklə cərimə ediblər – Censon Batton, Rubens Barrikello, Fernando Alonso, Adrian Sutil və Sebastyen Buemi, sürücülərdən ilk dördü sarı bayraqlar zonasında sürəti aşağı salmadıqları üçün, Buemi isə dağılmış maşınla boksa qayıtdığı üçün cərimə olunublar.

Yaponiya Qran Prisinin rəsmi start düzümünü FİA sabah səhər dərc edəcək, amma Autosport saytı öz versiyasını irəli sürüb…

1. S.Fettel (Red Bull)
2. Y.Trulli (Toyota)
3. L.Həmilton (McLaren)
4. N.Haydfeld (BMW Sauber)
5. K.Rəykkönen (Ferrari)
6. N.Rosberq (Williams)
7. R.Kubitsa (BMW Sauber)
8. A.Sutil (Force İndia) + 5 yer, sarı bayraqlar altında sürəti azaltmayıb
9. R.Barrikello (Brawn GP) + 5 yer, sarı bayraqlar altında sürəti azaltmayıb
10. X.Algersuari (Toro Rosso)
11. C.Batton (Brawn GP) + 5 yer, sarı bayraqlar altında sürəti azaltmayıb
12. C.Fizikella (Ferrari)
13. H.Kovalaynen (McLaren) + 5 yer, ötürmələr qutusu dəyişdirilib
14. S.Buemi (Toro Rosso) + 5 yer, nasaz maşınla trasda hərəkət edib
15. K.Nakacima (Williams)
16. R.Qrojan (Renault)
17. F.Alonso (Renault) + 5 yer, sarı bayraqlar altında sürəti azaltmayıb
18. V.Liutsi (Force İndia) + 5 yer, ötürmələr qutusu dəyişdirilib
19. T.Qlok (Toyota) pit-leyndən start
20. M.Uebber (Red Bull) pit-leyndən start

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*