M.Binotto: “Gözləntilərimiz qarşılanmadı”

Ferrari komandasının rəhbəri Mattia Binotto sonuncu Fransa yarışından sonra istədikləri məlumatları toplaya bilmədiklərini deyib.

F-1.az xatırladır ki, italyanlar Fransa Qran Prisinə yeni arxa qanad, əyləc kanalları və altlıq gətirmişdi. Amma altlıq gözləntiləri qarşılamadığı üçün “qırmızılar” yenidən köhnə versiya altlığa qayıdıblar.

Mattia Binotto: “Bu həftəsonu istədiyimiz cavabları ala bilmədik. Çünki altlıq istədiyimiz kimi işləmədi. Hələ bəzi şeylərin üzəriməndə işləyirik. Avstriya yarışına da yeni detallarla gedəcəyik. Red Bull Rinq ən çox sevdiyim traslardandır. Bu tras bolidimiz üçün daha əlverişlidir. Ümid edirəm ki, burada daha yaxşı nəticə alarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*