Ş.Lekler: “Gələcəyim müəmmalıdır”

Sauber komandasının sürücüsü Şarl Lekler bildirib ki, gələcəyi ilə bağlı müəmmalar hələ də davam edir.

F-1.az xatırladır ki, Kimi Rəykkönenin Ferrari komandası ilə müqaviləsi ilin sonunda başa çatır və tiffozizlərin əksəriyyəti Lekleri qırmızı kombinezonda görmək istəyirlər.

Şarl Lekler: “Sözün açığı, gələcəyimlə bağlı suallardan bezmirəm. Gələcəkdə Ferrari-də yarışmaq mənim üçün möhtəşəm olar. Amma sizə bu barədə yeni bir şey deyə bilməyəcəm. Mən sadəcə öz işimə fokuslanıb yaxşı nəticələr almağa çalışacağam. Buna görə də xəbərlərin diqqətimi dağıtmasına icazə verməyəcəm”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*