Belçika Qran Prisi: Pirelli – Medium və Soft

Pirelli şirkəti Spaya orta cütlüyü – Medium və Soft tərkiblərini gətirəcək, bu mövsüm eyni cütlük Valensiya və Almaniyada komandaların ixtiyarında […]

Pirelli şirkəti Spaya orta cütlüyü – Medium və Soft tərkiblərini gətirəcək, bu mövsüm eyni cütlük Valensiya və Almaniyada komandaların ixtiyarında olub. Pirelli Motorsport başçısı Pol Hembri Belçika trasının xüsusiyyətlərindən danışıb…

Pol Hembri: “Spa avtoidmanın əfsanəsidir və Formula1 təqviminin ən yaxşı traslarından biridir. Biz komandalara böyük yüklənmələrə tab gətirə biləcək təkərlərlə yanaşı, bu təkərlərin maksimum effektliyinə çalışmalıyıq.

Spa yarışı mövsümün ən gözlənilməz yarışıdır. Biz bu trasda heç vaxt testlər keçirməmişik və məhdud məlumatımız var, amma Valensiya və Nürburqrinqdə topladığımız məlumatlara əsasən, biz əminik ki, Medium və Soft cütlüyü effektivlik və yeyilmə arasında optimal balansı təmin etməklə sürücülərə istedadlarını realizə etməyə imkan verəcək.

Belçika yarışı həmişə ötmələrlə zəngin olub, hava isə həmişə gözlənilməz olub, amma bu il biz artıq bir neçə yağış yarışı keçirmişik – bu sahədə bizim təcrübəmiz artıq kifayət qədərdir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*