17 İyun 2019, Bazar ertəsi - 17:00

B.Ekklstoun: “İspaniya yarışı təxirə salınmayacaq”

B.Ekklstoun: “İspaniya yarışı təxirə salınmayacaq”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:12 - 03 May, 2010

Berni Ekklstoun nəqliyyat problemləri üzündən İspaniya mərhələsənin təxirə salınması barədə gəzən şayiələri təkzib edib. Komandaların yüz tonlarla avadanlıqla dolu olan […]

Berni Ekklstoun nəqliyyat problemləri üzündən İspaniya mərhələsənin təxirə salınması barədə gəzən şayiələri təkzib edib. Komandaların yüz tonlarla avadanlıqla dolu olan altı Boeing-747 təyyarəsi hələlik Şanxay aeroportundan uça bilməyib, xoşbəxtlikdən yarışlararası fasilə üç həftədir və bu müddət ərzində problem tam həll olunmalıdır.

MotoGP çempionatının rəhbərliyi Yaponiya yarışının payıza keçirilməsini elan edib – yarış Moteqi avtodromunda 23-25 apreldə keçirilməli idi, amma Ekklstoun jurnalistlərə bildirib ki, İspaniya Qran Prisi təqvim vaxtında keçiriləcək…

Berni Ekklstoun: “Ən çox bizi motorların geri qaytarılması narahat edir, çünki onlara xüsusi qulluq olunmalıdır, amma mən əminəm ki, hər şey qaydasında olacaq. İspaniya Qran Prisinin təxirə salınması məsələsi heç müzakirə olunmur. Problemlər var, amma biz avadanlıqları Avropaya çatdırmaq üçün hər şey edəcəyik.”

Bu gün məlum olub ki, McLaren və Ferrari daxil olmaqla, bəzi komandalar çərşənbə axşamı və ya çərşənbə günü əməkdaşlarının İspaniyaya çatdırılması üçün çerter reysi təşkil edəcəklər, oradan isə əməkdaşlar bazalara yerüstü nəqliyyatla çatdırılacaq…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 275
Teqlər
Paylaş

logo