B.Ekklstoun: “Hazırda mən nikbin köklənmişəm”

Əgər dünən Berni Ekklstoun iğtişaşlar üzündən Bəhreyn Qran Prisinin təxirə salınması ehtimalını yüksək qiymətləndirirdisə, bu gün o daha nikbin köklənib. […]

Əgər dünən Berni Ekklstoun iğtişaşlar üzündən Bəhreyn Qran Prisinin təxirə salınması ehtimalını yüksək qiymətləndirirdisə, bu gün o daha nikbin köklənib. FOM-un başçısı ümid edir ki, mövsümün ilk yarışı nəzərdə tutulduğu kimi vaxtında baş tutacaq…

Berni Ekklstoun: “Mən hələlik Bəhreyn hökümətindən heç kimlə danışmamışam, amma orda olan öz adamlarımızla danışmışam. Biz GP2 mərhələsini təxirə saldıq, çünki Asiya seriyası elə də vacib deyil və biz risk etmək istəmədik. Bu qərarı biz dünən qənul etdik, amma bu gün yəqin ki, başqa cür hərəkət edərdik, çünki şahidlər deyirlər ki, Bəhreyndə vəziyyət yaxşıdır və heç bir problem yoxdur. Bilmirəm, bəlkə orda olsaydım, mən də belə düşünərdim. Ona görə də bu gün mən nikbin köklənmişəm.

Biz həmişə din və siyasətdən uzaq dayanırıq və buna əsaslanıb qərar qəbul etmirik. Biz ölkəni idarə etmirik, ümid edirəm ki, biz əlavə qərar qəbul etməyəcəyik və hər şey plan üzrə keçəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*