15 İyul 2019, Bazar ertəsi - 22:42

B.Ekklstoun Doninqtondan imtina edib?

B.Ekklstoun Doninqtondan imtina edib?

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:20 - 13 Oktyabr, 2009

Böyük Britaniya Qran Prisinin Silverstoundan Doninqtona köçürülməsi layihəsi həmişə müəyyən tərəddüdlər doğururdu, Londonda dərc olunan The Times qəzeti bugünkü sayında […]

Böyük Britaniya Qran Prisinin Silverstoundan Doninqtona köçürülməsi layihəsi həmişə müəyyən tərəddüdlər doğururdu, Londonda dərc olunan The Times qəzeti bugünkü sayında bu mövzuya bir daha qayıdıb.

Berni Ekklstoun dörd dəfə Doninqton rəhbərliyinə güzəşt edib və layihənin iqtisadi təminatının təsdiq olunması müddətini müxtəlif tarixlərə keçirib: Donington Ventures şirkəti və onun başçısı Saymon Cillet 120 milyon funt sterlinq maliyyə vəsaitinin əldə olması barədə təminat verməli idilər – bu məbləğ milli mərhələnin yeni avtodromda keçirilməsinə kifayət etməlidir.

Təyin olunmuş son müddət cümə günü axşam bitib, amma Ekklstoun hələ də heç bir sənəd almayıb və onun səbri tükənib. The Times-ın bildirdiyinə görə, dünən Cillet növbəti dəfə kommersiya başçısı ilə görüşün vaxtını dəyişmək istəyib, amma, deyəsən, o gecikib. Berni artıq inanmır ki, bundan sonra Doninqtonun yenidənqurulması yarışın vaxtına qədər başa çatdırıla bilər…

Berni Ekklstoun: “Razılaşın ki, bu çox pisdir. Lap tutaq ki, onlar gələn həftə pul tapdılar, mən başa düşmürəm ki, gələn il yarışa qədər qalan vaxt ərzində trası necə hazırlamaq olar? Mən çox məyus oldum, çünki mən bu layihəyə çox inanırdım, amma yeni müddət təyin etməyə vaxt yoxdur. Deyəsən, biz yeni planalr qurmalı olacayıq.”

Çox güman ki, Britaniya yarışı gələn il yenidən Silverstounda keçəcək…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 239
Teqlər
Paylaş

logo