E.Bulye: “Fəlsəfəmizdən əl çəkməyəcəyik”

McLaren komandasının idman direktoru Erik Bulye Britaniya təmsilçisinin dizayn fəlsəfəsini müdafiə edib.

F-1.az xatırladır ki, McLaren bu il Honda mühərriklərindən imtina edərək, Renault-ya keçsə də, problemlər qış testlərində davam edib. “Narıncılar” təkərin bərkidilməsi, soyutma, batareya və turbin problemləri yaşayaraq, çoxlu vaxt itiriblər.

Erik Bulye: “Rəqabətədavamlı olmaq istəyirik və həyəcanlıyıq. MCL33-ün dizaynı digər Renault mühərrikli bolidlərin dizaynından fərqlənir. Biz daha çətin dizayn konseptinə sahibik. İndiyə kimi kiçik problemlərimiz oldu, amma bunlar bizim bolidi hazırlayarkən etdiyimiz səhlənkarlıqdan meydana gəldilər. Gecikdiyimizə görə bir az gərginik, ancaq tezliklə problemlərimizi həll edəcəyik. Əgər rəqabətədavamlı olmaq istəyirsinizsə, aqressiv və detallara fikir verən olmalısınız”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*