B.Ekklstoun Campos və US F1-ə inanmır

Formula1-in kommersiya başçısı Berni Ekklstoun bir daha təkrar edib ki, o, iki yeni komandanın – Campos və US F1-in çempionata […]

Formula1-in kommersiya başçısı Berni Ekklstoun bir daha təkrar edib ki, o, iki yeni komandanın – Campos və US F1-in çempionata hazırlaşmalarına inanmır…

Berni Ekklstoun: “Mənə elə gəlir ki, biz nə ispaniyalıların Campos, nə də amerikalıların US komandalarını görməyəcəyik. Lap biz onlara ilk üç yarışda starta çıxmamaq kimi güzəşt versək belə, bu baş tutmayacaq.

Eyni zamanda serbiyalı iş adamı Zoran Stefanoviç faktiki olaraq özünün Stefan GP komandasını starta çıxarmağa hazırdır. Onlar hər şeyi Toyota-dan almağa hazırdırlar, həm komandanı, həm avadanlıqları, hətta motorhoumları da. Bu komandanın maliyyəsi var, yerli hökumət də onların arxasında durur, mən şəxsən Serbiyanın baş naziri ilə bu barədə danışmışam.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*