12 Noyabr 2019, Çərşənbə axşamı - 01:55

Ovyedoda F.Alonsonun idman kompleksi açılıb

Ovyedoda F.Alonsonun idman kompleksi açılıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:52 - 20 Mart, 2011

Bu gün Fernando Alonsonun vətəni olan Ovyedo şəhərinin Marqal qəsəbəsində dörd min azarkeş sürücünün şərəfinə adlandırılmış idman kompleksinin açılışına toplaşıb. […]

Bu gün Fernando Alonsonun vətəni olan Ovyedo şəhərinin Marqal qəsəbəsində dörd min azarkeş sürücünün şərəfinə adlandırılmış idman kompleksinin açılışına toplaşıb.

Komplek 1.4 km-lik kartinq trasından, hərəkətin təhlükəsizliyi üzrə məşqlər üçün meydançadan və Alonsonun idman şərəf muzeyindən ibarətdir. Kompleksin açılış mərasimində Asturiya vilayətinin bələdiyə başçısı Visente Alvares Arekes və İspaniya Avtompbil Federasiyasının prezidenti Karlos Qrasiya iştirak ediblər.

Fernando Alonso: “Mən Asturiyanın hökumətinə minnətdarlı etmək istəyirəm – onların sayəsində bu layihə reallaşdı. Öz kartımla trasda bir neçə dövrə vurdum, asfaltın keyfiyyətini yoxladım, trasın açılışı iyunda olacaq.

Bu tras dünyanın ən yaxşı kartodromu olacaq: paddok yaxşı təşkil olunub, trasın eni on metrə çatır, trasın konfiqurasiyası çox maraqlıdır.

Kompleks işləməy başlayanda burada sürücülük dərsləri də təşkil olunacaq, hərəkətin təhlükəsizliyi üzrə məşğələlər də. Muzeydə isə mənim karyeramın ən yaxşı anlarını əks etdirən maşın və kuboklar nümayiş olunacaq.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 327
Teqlər
Paylaş

logo