B.Ekklstoun: “Bəhreyn qərarı pulla bağlı deyil”

Formula1-in kommersiya başçısı Berni Ekklstounun sözlərinə görə, Bəhreyn Qran Prisinin çempionatın təqviminə qaytarılması cəhdləri pulla bağlı deyil. Ekklstoun artıq bir […]

Formula1-in kommersiya başçısı Berni Ekklstounun sözlərinə görə, Bəhreyn Qran Prisinin çempionatın təqviminə qaytarılması cəhdləri pulla bağlı deyil.

Ekklstoun artıq bir neçə dəfə bildirib ki, Qran Prinin mövsümün sonlarında keçirilməsini dəstəkləyir, hərçənd, bu zaman Hindistan Qran Prisi dekabrın 11-də mövsümü bağlamalı olacaq. Buna baxmayaraq, o əmindir ki, bu gün qəbul ediləcək qərara maliyyə faktoru heç bir təsir etməyəcək.

Berni Ekklstoun: “Bu məsələ pulla bağlı deyil. Düzünü desəm, söhbət hər şeydən əvvəl ondan gedir ki, insanları şəxsi təhlükəsizlikləri maraqlandırır.

Bu ölkədə, regionda baş verənlər bizi narahat edir, ona görə də biz gözləməliyik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*