Pirelli Formula1-lə müqaviləsini uzadıb

2021-ci il üçün planlaşdırılan texniki reqlamentin bir il təxirə salınmasından sonra Pirelli Formula1-lə müqaviləsini daha 1 il uzadıb.

F-1.az xatırladır ki, italiyalı təkər istehsalçısının müqaviləsi 2023-cü ilin sonunda bitəcəkdi. Pirelli 2020-ci ildə ənənəvi 13 düymlük təkərkləri istehsal etməli, 2021-2023-cü illərdə isə komandaları yeni 18 düymlük təkərlərkə təmin etməli idi. Lakin pandemiyaya görə yeni reqlament bir il təxirə salınıb. Bu isə o deməkdir ki, Pirelli iki mövsüm (2022, 2023) 18 düymlük təkərlər istehsal edəcək.

İtalyanlar bu təkərlər üçün böyük sərmayə qoyub və buna görə də yeni yaranan vəziyyət onlar üçün heç də ədalətli deyil. Beləliklə, tərəflər müqaviləni daha bir il – 2024-cü ilin sonuna qədər uzadıblar.

Jan Todt: “Çətin günlərdə idman üçün tərəfdaşlıq edən Formula1 və Pirelli-yə təşəkkür edirəm. Koronavirus bizə problemlər çıxardı, ancaq biz məntiqli və praqmatik addımlar ataraq, idmana zərər gəlməsinə icazə vermədik.

Yeni 18 düymlük təkərlər idmana həyəcan gətirəcək. Lakin problemlər bu işə sərmayə qoyan Pirelli-ni çətin vəziyyətə saldı. Buna görə də müqavilənin uzadılması məntiqli idi”.

Formula1-in rəhbəri Stefano Domenikali: “Pandemiya dünyanı qarışdırdı və Formula1 də bundan təsirləndi. Yeni reqlamet bir il təxirə salındı. Pirelli ilə tərəfdaşlıq etdiyimizə görə qürurluyuq. Bu dəyişiklikləri anlayışla qəbul etdikləri üçün onlara minnıtdarıq”.

Pirelli-nin rəhbəri Marko Tronketti
: “Dünyanın ən bahalı idman növündə 2024-cü ilin sonuna qədər qalacağıq və yeni müqaviləyə görə sevincliyik. Avtoidman bizim genimizin bir hissəsidir. Formula1 hesabına yol maşınlarının təkərlərini də təkmilləşdiririk”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*