20 Avqust 2019, Çərşənbə axşamı - 11:31

Pirelli 2017-ci il təkərlərinin ölçülərini göstərib

Pirelli 2017-ci il təkərlərinin ölçülərini göstərib

Müəllif: Elçin Zodorov, redaktor

19:42 - 28 May, 2016

Şirkət gələn il yenilənəcək təkərlərin necə görünəcəyini Monakoda təqdim edib.

F-1.az xəbər verir ki, Formula1-də gələn il üçün radikal dəyişikliklər ediləcək və bunlardan biri də Pirelli-nin hazırlayacağı daha enli təkərlərdir.

Təkərlər hələ ki, test edilməyib. Sadəcə 2017-ci il tərkibləri hazırkı təkər ölçülərində sınaqdan keçirilib. 2017-ci ilin təkər ölçüləri bu gün mediaya nümayiş etdirilib. Hazırda eni 325 mm olan arxa təkərlər gələn il 405 mm, 245 mm olan ön təkərlər isə 305 mm olacaq.

Qeyd edək ki, yeni təkərlərin test edilməsinə iyul ayından etibarən başlanması gözlənilir.

Pirelli 2017 tyre size

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 392
Teqlər ,
Paylaş

logo