Rəsmən: P.Simonds Williams-ı tərk edib!

Pət Simondsun Williams-ın texniki direktoru postunu tərk edəcəyi barədə söz-söhbətlər çoxdan gəzirdi və bu gün məlumat rəsmən təsdiqlənib...

Britaniyann nüfuzlu Autosport resursunun bildirdiyi xəbərə görə, 63 yaşlı mütəxəssis 2013-cü ilin ikinci yarısından başçılıq etdiyi mühəndis departamentini tərk edib.

2014-cü ildə komandada keçirdiyi ilk tam mövsümündə Mühəndislər Kubokunda 3-cü pilləyə qayıdan Williams-la bu nəticəni 2015-ci ildə təkrarlayan mühəndis arxada qoyduğumuz mövsümdə Force İndia komandasına da məğlub olaraq 5-ci olmuşdu.

F-1.az bildirir ki, Mercedes-in texniki direktoru Pəddi Lounun Williams-a keçidi bundan sonra daha real görünür. Hərçənd almanlar məlumatı şərh etməkdən imtina ediblər…

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*