15 Noyabr 2019, Cümə - 09:00

B.Ekklstoun Alonsonun titul qazanacağına əmin imiş…

B.Ekklstoun Alonsonun titul qazanacağına əmin imiş…

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

22:28 - 14 Mart, 2011

Biz britaniyalı jurnalist Tom Bauerin nəşr etdiyi Berni Ekklstounun bioqrafiyasına həsr olunmuş kitabdan danışmışdıq. Kitab Berninin xoşuna gəlməmişdi – o, […]

Biz britaniyalı jurnalist Tom Bauerin nəşr etdiyi Berni Ekklstounun bioqrafiyasına həsr olunmuş kitabdan danışmışdıq. Kitab Berninin xoşuna gəlməmişdi – o, kitabın təqdimat mərasiminə getməkdən belə imtina etmişdi.

“Berni Ekklstounun məxfi həyatı” adlı kitabda yazılardan biri keçən mövsümün son yarışına həsr olunub – titulun taleyini həll etmiş Abu Dabi Qran Prisinə, yazının bəzi məqamları diqqəti cəlb edir…

“Berni Yas Marinanın paddokuna nahardan bir az əvvəl gəldi, həmişəki kimi onun Mercedes-i içəriyə buraxılmış yeganə maşın idi. Yolda toplaşmış azarkeşlərin yanında dayandı, bukmeykerlərin rəyini öyrəndikdən sonra jurnalistlərə dedi ki, “razıyam, Lyuis yarışı, Fernando isə titulu qazanacaqlar…”

Ekklstoun öz motorhoumunda İspaniyanın kralı Xuan Karlosla, opera ulduzu Plasiqo Dominqo və avtodromun rəhbəri ilə görüşməli idi – Plasiqo San Fransiskodan Ferrari-nin qələbəsini görməyə gəlmişdi. Berni – “Biz Montedzemolo və Alonsoya baş çəkəcəyik” – dedi.

Ekklstoun və Dominqo Williams-ın motorhoumunu keçdilər, sonra McLaren-in motorhoumunu, Berni Diter Mateşiçi görüb Red Bull-un motorhoumuna keçdi. Ekklstoun hündürboylu avstriyalını qucaqlayıb – “mən sənə Formula1-ə elədiyin hər şeyə görə təşəkkür etmək istəyirəm” – dedi…

Nəhayət, Ferrari-nin motorhoumu – mətbuat nümayəndələri Dominqonnu salamladılar, Berni isə soruşdu – “Luka burdadır?” Ona cavab verdilər ki, Luka məşğuldur. Berni: “Ona deyin ki, bizim yanımıza düşsün.” Bir neçə dəqiqədən sonra Montedzemolo toplaşanlara qoşuldu. “Mən sizin zəfəri buraxa bilməzdim” – deyərək Dominqo üzünü Alonsoya çevirdi və ona da xoş sözlər dedi. Heç kim Ferrari-nin uğuruna tərəddüd etmirdi – çempionatdakı vəziyyət Alonsoya müəyyən qədər üstünlük verirdi və ispaniyalı sürücü hesab edirdi ki, üçüncü yerdən start almaqla çempionatda qələbə qazanacaq.

Qırmızı motorhoumdan çıxdıqdan sonra Ekklstoun və Dominqo geriyə tələsdilər, onları Xuan Karlos gözləyirdi – İspaniyanın kralı doqquz cangüdəni ilə gəlmişdi. Starta 25 dəqiqə qalırdı…

Startdan əvvəl Berni bir daha öz senarisini səsləndirdi – bu dəfə Niki Laudaya: “Həmilton qələbə qazanacaq, titul isə Alonsoya çatacaq.” Lauda onunla razılaşdı, amma yarış başqa senari üzrə keçdi.

Yarışın gedişində Alonso peletonun ortasına düşdü, Fettel liderlik edirdi və heç kim yarışın nəticəsini söyləyə bilmirdi, hərçənd, Berninin yanında oturmuş trasın arxitektoru German Tilke dedi ki, fernandonun problemi olmamalıdır.

Bir neçə dəqiqədən sonra Berni dedi ki, getməlidir və yarışın finişinə aeroportda baxacaq. Yolda olarkən telefonla öyrəndi ki, Fernando Petrovun arxasında ilişib qalıb və onu keçə bilmir. Tilke həmişəki kimi yalançı oldu – onun tikdiyi trasda ötmək mümkün deyildi.

Ekklstoun Fettelin qələbəsini susmaqla qarşıladı. Yeni dünya çempionu hələ maşınını tərk etməmişdi, Berninin təyyarəsi isə hündürlük yığırdı. Berni peyk telefonunu götürüb Fettelin nömərsini yığdı, avtocavabdeh işə düşdü və mesaj buraxmağı təklif etdi. Formula1-in kommersiya başçısı yalnız bir söz dedi – “Berni” və qırmızı düyməni basdı…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 338
Teqlər
Paylaş

logo