22 Avqust 2019, Cümə axşamı - 19:42

B.Ekklstoun: “Almaniyalı azarkeşlər xoşbəxt ola bilərlər”

B.Ekklstoun: “Almaniyalı azarkeşlər xoşbəxt ola bilərlər”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:24 - 17 Mart, 2011

Almaniyanın Sport Bild qəzetinə müsahibəsində Formula1-in kommersiya başçısı Berni Ekklstoun dünya çempionatında almaniyalı sürücülərin çıxışlarından danışıb… Berni Ekklstoun: “Sebastyan Fettel […]

Almaniyanın Sport Bild qəzetinə müsahibəsində Formula1-in kommersiya başçısı Berni Ekklstoun dünya çempionatında almaniyalı sürücülərin çıxışlarından danışıb…

Berni Ekklstoun: “Sebastyan Fettel Formula1 üçün əsil uğurdur. Məncə, Seb bu il də titula əsas namizədlərdən biri olacaq. Fettel məni təəccübləndirməkdə davam edir. İndi onun komandanı dəyişməsinə səbəb yoxdur, amma mən hesabe dirəm ki, nə vaxtsa biz onu ferrari-də görəcəyik. Formula1-in hər bir sürücüsü bu komandada çıxış etmək istəyir.

Şumaherin qayıtması? Bu məni heç də məyus etməyib, indiyə kimi iki sürücü fasilədən sonra çempionata qayıtmaqla titul qazana bilib – Niki Lauda və Alan Prost. Hərçənd, onların işi çox asan idi, onlar mövsümün ən yaxşı maşınlarının sükanı araxsına qayıtmışdılar, amma Mercedes GP-nin maşını keçən il ideal deyildi.

Məncə, dörd almaniyalı sürücü bu il Qran Prilərdə qələbə uğrunda mübarizə apara biləcək – Fettel, Şumaher, Rosberq və çox güman ki, Nik Haydfeld. Adrian Sutil və Timo Qlok rəqabətədavamlı maşının sükanı arxasında çox şeyə qadirdilər, amma düşünürəm ki, gələcəkdə heç də onlar deyil, məhz Niko Hülkenberq yaxşı ulduz olacaq. Almaniyalı sürücülər xoşbəxt ola bilərlər…”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 267
Teqlər
Paylaş

logo