Bəhreyn Qran Prisinin təşkilatçıları nikbindirlər

Sabah Bəhreyn Qran Prisinin keçirilməsi üzrə qərarın qəbul edilməsinə ayrılan vaxt başa çatır, amma ölkədə siyasi vəziyyət mürəkkəbdir. Bu gün […]

Sabah Bəhreyn Qran Prisinin keçirilməsi üzrə qərarın qəbul edilməsinə ayrılan vaxt başa çatır, amma ölkədə siyasi vəziyyət mürəkkəbdir. Bu gün avtodromun mətbuat xidməti yarış kompleksinin başçısı Zayed əl-Zayanın bəyanatını yayıb…

Zayed əl-Zayan: “Biz FOM və FİA-nın yaranmış vəziyyəti başa düşdüklərinə görə, onlara minnətdarıq və bütün beynəlxalq avtoidman ictimaiyyətinə və Formula1 azarkeşlərinə bizi dəstəklərikləri üçün minnətdarlıq eidrik.

İndi bizim əsas işimiz Bəhreyn Krallığının üzləşdiyi problemləri həll etməkdir. Vəziyyət tədricən yaxşılığa doğru dəyişir, milli təhlükəsizlik orqanlarının səyləri sayəsində həyat normallaşır.

Bəhreyn Qran Prisi əsil bayramdır. Formula1 mərhələsini qəbul etmək bizim üçün və Bəhreyn əhalisi üçün böyük şərəfdir, bu bizim ölkənin bütün dünyada təqdimatıdır, ona görə də biz komandaları və sürücüləri yaxşı gələcəkdə bir daha salamlamağa ümid edirik.”

Formula1-in kommersiya başçısı Berni Ekklstoun da bəyanat verib: “Bəhreynin bu yarışı keçirməyə çalışması əvvəldən bəlli idi. Əlbəttə, krallıq hər şeydən əvvəl öz daxili problemlərini həll etməlidir, amma mən heç vaxt tərəddüd etməmişəm ki, təqvimə qayıtmaq da onların birinci dərəcəli işi olacaq. Mən səkkiz ildir ki, Bəhreynlə əməkdaşlıq edirəm və həmişə əmin olmuşam ki, onalr nəsə yaddaqalan bir şey edəcəklər.”

FİA-nın nümayəndələri hələlik heç bir şərh verməyiblər. Sabah federasiya son qərarını verməlidir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*