23 Sentyabr 2019, Bazar ertəsi - 07:18

Bəhreyn Qran Prisi təxirə salınıb

Bəhreyn Qran Prisi təxirə salınıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

22:02 - 21 Fevral, 2011

Bəhreyn Qran Prisinin təşkilatçıları elan ediblər ki, builki mövsümün ilk yarışının təxirə salınması barədə qərar qəbul ediblər. Belə bir qərara […]

Bəhreyn Qran Prisinin təşkilatçıları elan ediblər ki, builki mövsümün ilk yarışının təxirə salınması barədə qərar qəbul ediblər. Belə bir qərara səbəb isə ölkəni bürümüş hökümət əleyhinə iştişaşlar üzündən siyasi vəziyyətin çətinləşməsi olub.

Britaniyanın Autosport qəzetinin bildirdiyinə görə, son qərar cümə günü axşam qəbul olunubmuş, amma Bəhreynin şahzadəsi bu xəbəri Berni Ekklstouna yalnız bu gün çatdırıb.

Salman ibn Hamad ibn İsa əl Xəlifə: “Biz hesab edirik ki, hazırda bizim ölkəmiz üçün daha vacib məsələ birinci dərəcəli problemlərin həll olunmasına diqqət yetirməkdir. Biz faciəni dəf edəcəyik, nəticələrini aradan qaldıracayıq və millətin vahidliyini bərpa edəcəyik.”

Bu bəyanat o deməkdir ki, mövsüm martın 27-də Avstraliyada başlayacaq. Hələlik aydın deyil ki, Bəhreyn Qran Prisi tam ləğv olunub yoxsa mövsümün sonuna keçirilib…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 351
Teqlər
Paylaş

logo