Avstraliya yarışın keçirilməsi qrafikindən razıdır

Adətən Avstraliya yarışı mövsümün ilk yarışı olurdu və Qran Prinin təşkilatçıları bu statusa böyük əhəmiyyət verirdilər. Amma 2010-cu ildə mövsüm […]

Adətən Avstraliya yarışı mövsümün ilk yarışı olurdu və Qran Prinin təşkilatçıları bu statusa böyük əhəmiyyət verirdilər. Amma 2010-cu ildə mövsüm Bəhreyndə başlayıb – saat qurşaqları arasındakı fərqə görə yarışı martın 28-dən tez keçirmək mümkün deyildi, çünki məhz bu gün Avropa yay vaxtına keçir.

Bu dəfə Avstraliya Qran Prisi yerli vaxtla 17:00-da başlayıb – sürücülər daha iti bucaq altında düşən günəş şüalarından şikayətlənirlər, amma belə bir vaxtda Avropada mavi ekranlar qarşısına daha çox tamaşaçı toplamaq mümkün olur, axı iki əvvəl yarış dörd saat əvvəl başlayırdı…

Ron Uoker, Avstraliya Qran Prisinin promouteri: “Biz yarışın keçirilməsi vaxtından razıyıq, bu halda yarış böyük bazarlarda daha rahat vaxtda yayımlanır və biz bu prinsipi saxlamaq istəyirik.

Yaxın illərdə FOM-la müqaviləni uzatmalı olacayıq – 2015-ci ildə cari müqavilənin vaxtı bitir. Biz bilirik ki, Sidney də Qran Pri keçirməyə maraq göstərir, amma hər dəfə bu məsələ müqavilənin uzadılması vaxtı gələndə gündəmə çıxır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*