Avstraliya hökumətin dəstəyinə ümid edir

Mövsümün ilk yarışı ərəfəsində avstraliyalı ekspertlər yenə də kədərlə ciddi maliyyə itkilərindən danışırlar. Qran Prinin keçirilməsi birbaşa maliyyə mənfəət vermir, […]

Mövsümün ilk yarışı ərəfəsində avstraliyalı ekspertlər yenə də kədərlə ciddi maliyyə itkilərindən danışırlar. Qran Prinin keçirilməsi birbaşa maliyyə mənfəət vermir, söhbət yalnız dolayı mənfəətdən gedir – ölkənin imici və turistlərin sayının artmasından, amma bütün bunlar Melburnda yarışalrın keçirildiyi 15 il ərzində 253 milyon dolarlıq məsrəfi ödəyə bilərmi?

1995-ci ildə ştatın rəhbərliyi və yarışın təşkilatçıları hesab edirdilər ki, mərhələnin Adelaidadan Melburna köçürülməsi Qran Prini mənfəətli edəcək, amma hər il Australian Grand Prix Corporation şirkətinin dərc etdiyi maliyyə hesabatında Berni Ekklstouna ödəmələrin məbləği artır, bilet satışı və sponsorlardan ödəmələr isə azalır.

2015-ci ildə cari müqavilənin müddəti başa çatır və onun uzadılması ətrafında debatlar davam edir və tərəflərin arqumentləri tutarlıdır – Melburn və ştatın hökuməti layihəni tam maliyyələşdirə bilmirlər. Ya hökumət maliyyələşdirmə ilə kömək edəcək, ya da Qran Prinin keçirilməsindən imtina ediləcək.

Ron Uoker, yarışın təşkilatçısı: “Əgər hökumət kömək eləməsə, müqaviləni uzatmaq mümkün olmayacaq və bu halda biz Formula1-lə ayrılmalı olacayıq. Bizim yerli şirkətlərin Avropa və Asiya bazarlarında maarqları yoxdur, titul sponsoru isə qlobal brend olmalıdır, yalnız bu halda məsrəflər ödənə bilər.”

Bir çoxları hesab edirlər ki, bu cür yazılar qarşıdakı danışıqlarda Berni Ekklstouna təzyiq etmək vasitəsidir, amma keçən il ABŞ Qran Prisinin çempionata qayıtması elan olunduqdan sonra Berninin Asvtraliya yarışını əvəz etmək variantları kifayət qədərdir, həm də Albert Parkdakı yarış avropalı tamaşaçılar üçün narajat vaxtda keçirilir…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*