K.Maqnussen: Bəxtimiz gətirdi demək düz deyil

Haas komandasının sürücüsü Kevin Maqnussen bildirib ki, dördüncü yeri bəxt hesabına qazanmayıb.

F-1.az xatırladır ki, Haas komandası Maqnussenlə ev yarışına 4-cü yerdən başlayacaq. Düzdür, bunda Leklerin son sessiyada qəza etməsi və buna görə monakolu sürücü ilə Ferstappenin geridə qalması səbəb olub.

Kevin Maqnussen: “Özümü yaxşı hiss edirəm. Bu bizim üçün vacib yarışdır. Komanda üçün ev yarışıdır. Bütün böyük sponsorlarımız buradadırlar. Ümid edirik ki, bu yarış yaxşı keçər. İnsanlar bəxtəvər oludğumuzu deyə bilərlər. Amma nəticədə o dövrəni siz vurursunuz. Düzdür, bir az bəxtəvərəm, lakin buna görə özümü pis hiss etmirəm.

Məncə, bu həftə stabil şəkildə güclü idik. Sessiayların nəticələrinə baxsanız, çox güclü olduğumuzu görərsiniz. Əvvəldən özümüzü yaxşı hiss edirdik. Yəni bu dövrəvi nəticəyə görə deyil. Bolid trasda yaxşı işlədi. Xırda dəyişikliklər etdik.

Doğrudan da hər şey yaxşı idi. Sonra işə yarayan yeniliklər hazırladıq. Yarışa 4-cü yerdən başlayacağıq və çox xoşbəxtik. Ümid edirəm ki, yarışa bitirər və xal qazanarıq”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*