Avstraliya-2022: Bukmeyker cədvəlləri

William Hill idarəsinin əməkdaşları üçüncü yarış və mövsümün nəticələri üçün cədvəllərini tərtib ediblər.

F-1.az bildirir ki, bukmeykerlər yenə fərqli seçim ediblər – bu dəfə Ciddədə qələbə qazanan Maks Ferstappen Melburndakı yarışda əsas favorit hesab olunur. Ona yaxın yalnız Şarl Lekler göstərilir. Karlos Saynsın şansları çox qiymətləndirilmir. Onlar Serxio Peresə daha çox inanırlar, nəinki Lyuis Həmiltona…

Avstraliya Qran Prisində qələbə Əmsal
Maks Ferstappen 2.15
Şarl Lekler 2.60
Karlos Sayns 9.00
Serxio Peres 15.00
Lyuis Həmilton 19.00
Corc Rassell 26.00
Kevin Maqnussen, Valtteri Bottas, Esteban Okon, Pyer Qasli 101.00
Fernando Alonso 126.00

 

Son dünya çempionu hazırda çempionatda üçüncü yerdə olsa da, son yarışdakı qələbənin nəticəsində titulun əsas namizədi hesab edilir. Lyuis Həmiltonun adı uzun müddətdən sonra ilk iki yerdə hallanmır və ona verilən əmsal da kifayət qədər yüksəkdir…

Çempionatda qələbə (sürücülər) Əmsal
Maks Ferstappen 1.87
Şarl Lekler 2.75
Lyuis Həmilton 9.50
Karlos Sayns 15.00
Corc Rassell 26.00
Serxio Peres 29.00
Kevin Maqnussen, Fernando Alonso, Esteban Okon 251.00

 

İdarənin əməkdaşları ilk iki yarışda podiumda 4 pillə zəbt edən Ferrari-nin uzun müddətdən sonra Mühəndislər Kubokunda qələbəsinə inanırlar. Onlara ən yaxın komanda Red Bull hesab olunur. Ötən illərin dəyişməz lideri Mercedes isə üçüncü yerdədir…

Çempionatda qələbə (komandalar) Əmsal
Scuderia Ferrari 1.73
Red Bull 2.40
Mercedes AMG 8.50
McLaren 151.00
Alpine, Haas 201.00
Alfa Romeo, Aston Martin, AlphaTauri 501.00
Williams 1001.00
, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*