Avropa Qran Prisinin gələcəyi sual altındadır

Qarşıdakı mövsümdə Avropa Qran Prisi beşinci dəfə Valensiyanın küçələrində keçəcək, amma mərhələnin təşkilatçıları müqaviləyə yenidən baxılmasını və Berni Ekklstouna ödəmələrin […]

Qarşıdakı mövsümdə Avropa Qran Prisi beşinci dəfə Valensiyanın küçələrində keçəcək, amma mərhələnin təşkilatçıları müqaviləyə yenidən baxılmasını və Berni Ekklstouna ödəmələrin azaldılmasını tələb edirlər, əks halda, Formula1 liman şəhərini tərk edə bilər.

Avropanın maliyyə böhranı Valensiyanın büdcəsinə mənfi təsir edib, hökumət Almaniya banklarından götürülmüş krediti vaxtında ödəyə bilməyib, ona görə də 2012-ci il Qran Prinin maliyyələşdirilməsi də sual altındadır. El Pais-in verdiyi məlumata görə, Qran Prinin təşkilatçıları Ekklstouna məktub yazaraq yaraışın keçirilməsi üçün illik ödəmənin azaldılmasını xahiş ediblər. Xatırladaq ki, Avropa Qran Prisinin təqvimdə illik haqqı 21 milyon Avrodur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*