Çin Qran Prisinin qaliblərinin mükafatlandırılması mərasimində FİA səhvə yol verib. Sebastyan Fettelin şərəfinə səsləndirilmiş Almaniya himnindən sonra Avstriyanın himni əvəzinə toplşanalar Britaniyanın himninə qulaq asıbblar, Red Bull komandası isə artıq bu ildən çempionatda Avstriya lisenziyası ilə çıxış edir. Red Bull konserninin başçısı avstriyalı milyarder Diter Mateşiç yarışı evdən izləyib və qulaqlarına inanmayıb…
Diter Mateşiç: “Mən təəccübləndim: başa düşmədim ki, niyə onlar Britaniya himnini səsləndirdilər. Bu səhvdir və bir də təkrar olunmamalıdır. Amma gələcəkdə biz bir neçə dəfə FİA-ya səhvlərini düzəltmək imkanı verəcəyik.”