25 Avqust 2019, Bazar - 02:27

Avropa Qran Prisi: Yarış

Avropa Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

13:06 - 25 İyun, 2012

Quru. Günəşli. Havanın temperaturu +27° C, trasın temperaturu +45° C Valensiyanın şəhər trasında ötmək asan deyil, ona görə də start […]

Quru. Günəşli. Havanın temperaturu +27° C, trasın temperaturu +45° C

Valensiyanın şəhər trasında ötmək asan deyil, ona görə də start mövqeyi çox vacibdir – məhz buna görə sıralanma turu gərgin və sıx nəticələrlə yadda qalıb, hər şeyi yüzdə bir, mində bir saniyələr həll edib. Sürprizlər də az olmayıb – hər iki Ferrari sürücüsü və Mixael Şumaher son sessiyaya keçə bilməyiblər, Mark Uebber isə mübarizəni elə birinci sessiyada dayandırıb.

Dünən poulu inamla Sebastyan Fettel qazanmışdı, onunla birlikdə birinci cərgədən Lyuis Həmilton start alacaqdı, ikinci cərgədən isə yarışa Maldonado və Qrojan başlamalı idi.

Timo Qlok xəstəliyi üzündən sıralanma turunda iştirak etməmişdi, Qran Prinin stüardları almaniyalı sürücünü starta buraxsalar da, həkimlər onu yarışa buraxmayıblar və Marussia komandası yarışa bir sürücüsü ilə qatılıb. İlk onluq starta Soft təkərlərlə çıxıb.

Startda ciddi insident yaşanmayıb, Fettel liderliyini saxlayıb, Qrojan Maldonadonu qabaqlayıb, Maldonado yaxşı start alan Rəykköneni bloka salıb, Kobayaşi irəli çıxıb. Arxada Alonso 3 və Massa 4 mövqe qazanıblar. Rosberq isə 11-ci yerə düşüb. İkinci dövrənin sonunda Sebastyan Lyusi 4 saniyə qabaqlayıb və ilk onluq: Fettel – Həmilton – Qrojan – Kobayaşi – Maldonado – Rəykkönen – Hülkenberq – Alonso – di Resta – Massa.

Həmilton yarış tempində liderdən geri qalıb və arxasında böyük qatar toplayıb, nəhayət, Qrojan 9-cu dövrədə onu keçə bilib, bu zaman Fettel 10 saniyəlik üstünlüyə malik olub.

10-cu dövrədə Batton və Peres, 11-ci dövrədə Massa ilk pit-stoplarını reallaşdırıblar. Alonso Hülkenberqi keçərək yeddinciliyə, Rəykkönen Maldonadonu keçərək beşinciliyə yüksəlib. Növbəti dövrədə Alonso da Maldonadonu keçib. 13-cü dövrədə Həmilton, 14-cü dövrədə Rəykkönen, Kobayaşi, Maldonado və Hülkenberq pit-stop keçiriblər və Kimi Kamuini qabaqlaya bilib.

15-ci dövrədə Alonso, 16-cı dövrədə Fettel və Qrojan təkərlərini dəyişiblər və Fernando Kimini qabaqlaya bilib, Sebastyan və Roman isə mövqelərini qoruyublar. 19-cu dövrədə Şumaher və Uebber, 20-ci dövrədə Rosberq ilk pit-stoplarını gerçəkləşdiriblər.

Bu zaman trasda Kobayaşi və Senna təmas yaşayıblar – hər iki sürücü boksa yönəlib, bundan sonra stüardlar Brunonu insidentdə günahkar bilərək pit-leyndən keçməklə cərimələyiblər.

Pol di Resta təkərlərini dəyişmədən 3-cü yerə yüksəlib və yalnız 23-cü dövrədə mexaniklərinin qəbuluna yollanıb. 24-cü dövrədə ilk onluq: Fettel – Qrojan – Həmilton – Alonso – Rəykkönen – Maldonado – Massa – Hülkenberq – Batton – Peres.

27-ci dövrədə Batton ikinci pit-stoplar seriyasına start verib, növbəti dövrədə Massa pitə tələsib. Bu zaman Vern arxa düzlükdə Kovalaynenə çırpılıb, qırıntılar trasa səpələnib. Vern boksda mübarizəni dayandırıb, Kovalaynen isə kiçik təmirdən sonra trasa qayıdıb. Qırıntıları yığışdırmaq üçün trasa Təhlükəsizlik Maşını (TM) buraxılıb – Sebastyanın Qrojan üzərindəki 19 saniyəlik üstünlüyü heçə enib.

Bütün sürücülər təkərlərini dəyişmək üçün əla fürsət qazanıblar, Həmiltonun isə yenə də bəxti gətirməyib – Lyuis boksda 10 saniyə ləngiyib, Alonso və Rəykkönen onu qabaqlayıblar, Lyuis və Kimini pit keçirməyən Rikkardo da qabaqlayıb. TM-in arxasında ilk onluq: Fettel – Qrojan – Alonso – Rikkardo – Rəykkönen – Həmilton – Rosberq – Şumaher – Uebber – Maldonado. 33-cü dövrədə restart elan olunub.

Fettel liderliyini qoruyub, amma bir neçə döngədən sonra onun maşınında motorun generatoru imtina edib və Sebastyan yarışı dayandırıb. Bu zaman Romanı qabaqlayan Fernando yerli azarkeşlərin sevincinə yarışda liderliyi ələ alıb. Həmilton da öz növbəsində digər Lotus sürücüsü Rəykköneni qabaqlayıb. Restartda Massa və Kobayaşi təmas yaşayıblar, təkəri partlamış Felipe boksa yönəlib, amma mexaniklər onun maşınına səhv təkər dəsti taxıblar, növbəti dövrədə isə səhvlərini düzəldiblər.

36-cı dövrədə ilk onluq: Alonso – Qrojan – Həmilton – Rəykkönen – Rikkardo – Şumaher – Uebber – Maldonado – Hülkenberq – di Resta.

37-ci dövrədə Maldonado Uebberi keçib, Rikkardo isə ikinci dəfə pit-stopa müraciət edib. 38-ci dövrədə Uebber mexaniklərinə baş çəkib, 40-cı dövrədə Qrojan yarışı dayandırmalı olub – onun da maşınındakı Renault motorunun generatoru imtina edib.

Vitaliy Petrov gözlənilmədən 10-cu yerə yüksəlib, amma arxada Uebber və 41-ci dövrədə pit-stop keçirmiş Şumaher çox sürətlə ona yaxınlaşıblar və tezliklə onu keçiblər. 48-ci dövrədə Petrov Rikkardo ilə toqquşub və boksa getməli olub. 53-cü dövrədə isə Vitaliy daha təzə təkərlərlə Massanı qabaqlayıb.

Təkərləri yeyilmiş Həmilton Rəykkönenin bir neçə hücumunu dəf etsə də, finişə dörd dövrə qalmış təslim olub. Bir neçə döngədən sonra isə Lyuis Maldonadonun hücumlarını dəf etməyə başlayıb. Amma finişə 2 dövrə qalmış sürücülər arasında təmas yaşanıb və Lyuis divara çırpılaraq yarışı dayandırıb, Maldonado isə burun elementini itirdiyi üçün bir çox sürücüləri irəli buraxmalı olub.

Əvvəlki dörd Valensiya yarışı hər mövsümün ən darxıdırıcı yarışları olmuşdular, amma builki yarış istisna olacaq – fantastik yarış 11-ci yerdən start almış Alonsonun qələbəsi ilə başa çatıb. Hər yarışda yeni qalib seriyası qırılıb, Fernando mövsümdə ikinci qələbə qazanmış ilk sürücü olub.

Kimi Rəykkönen mövsümdə üçüncü podiumunu qazanıb, Mixael Şumaher isə podiumun aşağı pilləsinə qalxmaqla Formula1-ə qayıtdıqdan sonra ən yaxşı nəticəsini göstərib. Podiuma Ferrari-nin iki keçmiş və bir indiki sürücüsü qalxıb – 1996-2012-ci illərdə əfsanəvi komandanı təmsil edən sürücülər…

YerPilotKomandaMotorVaxt
01F.AlonsoFerrariFerrari1.44:16.649
02K.RəykkönenLotusRenault+ 0:06.421
03M.ŞumaherMercedes AMGMercedes+ 0:12.639
04M.UebberRed BullRenault+ 0:13.628
05N.HülkenberqForce İndiaMercedes+ 0:19.993
06N.RosberqMercedes AMGMercedes+ 0:21.176
07P.di RestaForce İndiaMercedes+ 0:22.866
08C.BattonMcLarenMercedes+ 0:24.653
09S.PeresSauberFerrari+ 0:27.777
10B.SennaWilliamsRenault+ 0:35.961
11D.RikkardoToro RossoFerrari+ 0:37.0415
12P.Maldonado(*)WilliamsRenault+ 0:54.630
13V.PetrovCaterhamRenault+ 1:15.871
14H.KovalaynenCaterhamRenault+ 1:34.654
15Ş.PikMarussiaCosworth+ 1:36.551
16F.MassaFerrariFerrari+ 1 dövrə
17P.de la RosaHRTCosworth+ 1 dövrə
18N.KartikeyanHRTCosworth+ 1 dövrə
19L.HəmiltonMcLarenMercedes+ 2 dövrə
R.QrojanLotusRenault
S.FettelRed BullRenault
K.KobayaşiSauberFerrari
J.E.VernToro RossoFerrari
T.Qlok(**)MarussiaCosworth

Sürətli dövrə: Niko Rosberq (Mercedes AMG) – 1:42.163 (54-cü dövrə).

Qeyd: (*) – Lyuis Həmiltonla insidentə görə Pastor Maldonadonun yekun nəticəsinin üzərinə 20 saniyə əlavə olunub.

Qeyd: (**) – Timo Qlok səhhətinə görə yarışda start almayıb.

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01F.AlonsoFerrariFerrari111
02M.UebberRed BullRenault91
03L.HəmiltonMcLarenMercedes88
04S.FettelRed BullRenault85
05N.RosberqMercedes AMGMercedes75
06K.RəykkönenLotusRenault73
07R.QrojanLotusRenault53
08C.BattonMcLarenMercedes49
09S.PeresSauberFerrari39
10P.MaldonadoWilliamsRenault29
11P.di RestaForce İndiaMercedes27
12K.KobayaşiSauberFerrari21
13M.ŞumaherMercedes AMGMercedes17
14N.HülkenberqForce İndiaMercedes17
15B.SennaWilliamsRenault16
16F.MassaFerrariFerrari11
17J.E.VernToro RossoFerrari4
18D.RikkardoToro RossoFerrari2
19H.KovalaynenCaterhamRenault0
20V.PetrovCaterhamRenault0
21T.QlokMarussiaCosworth0
22Ş.PikMarussiaCosworth0
23N.KartikeyanHRTCosworth0
24P.de la RosaHRTCosworth0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault176
02McLarenMercedes137
03LotusRenault126
04FerrariFerrari122
05Mercedes AMGMercedes92
06SauberFerrari60
07WilliamsRenault45
08Force İndiaMercedes44
09Toro RossoFerrari6
10CaterhamRenault0
11MarussiaCosworth0
12HRTCosworth0

Avropa Qran Prisi: Yarış

Avropa Qran Prisi: Yarış

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

11:33 - 27 İyun, 2011

Quru. Günəşli. Havanın temperaturu +27° C, trasın temperaturu +46° C Valensiya uik-endi ərəfəsində FİA komandalara motorun kartoqrafiyasını sıralanma turu ilə […]

Quru. Günəşli. Havanın temperaturu +27° C, trasın temperaturu +46° C

Valensiya uik-endi ərəfəsində FİA komandalara motorun kartoqrafiyasını sıralanma turu ilə yarış arasında dəyişməyi qadağan edib. Mühəndislər kompromis sazlanmalar axtarmalı olublar, amma sıralanma turunda qüvvələr nisbəti dəyişməyib – birinci cərgəni Red Bull sürücüləri tutublar.

Valensiyada mövsümdə ilk dəfə olaraq, Medium təkərlərindən istifadə olunub. Cümə günü sərbəst yürüşlərdə buludlu havada bəzi maşınlarda təkərlər gec qızıb, şənbə günü isə hava və asfalt qızdığı üçün həmin maşınlarda vəziyyət stabilləşib, rəqiblərin maşınları isə təkərlərin normadan artıq qızması ilə üzləşiblər. Mövsümün bütün yarışlarında istifadə olunan Soft tərkibi isə özünü daha stabil aparıb – strategiya seçimi zamanı hamı Medium tərkərlərdən istifadəni minimuma endirməyə çalışıb.

Startda Fettel və Uebber mövqelərini saxlayıblar, Alonso və Massa Həmiltonu, Rosberq Battonu qabaqlayıblar, Petrov 15-ci, Maldonado 22-ci yerə düşüblər. Tezliklə Fettel Uebberdən uzaqlaşmağa başlayıb.

6-cı dövrədə Batton Rosberqi keçib, 8-ci dövrədə Alonso Uebberə hücum eləsə də əylənmədə səhvə yol verib. Peletonda intervallar stabilləşib.

11-ci dövrədə pit-stoplar başlayıb – Haydfeld, Barrikell və Kobayaşi, bir dövrə sönra Həmilton, Rosberq və Sutil, 14-cü dövrədə Uebber, bir dövrə sonra Fettel, Alonso, Şumaher, Batton, Massa və Petrov mexaniklərin qonağı olublar.

Şumaher pit-leynin sonunda Petrovla toqquşaraq ön antiqanadını sındırıb və növbəti dövrədə bir daha pitə baş çəkib.

21-ci dövrədə Alonso Uebberi keçib – ilk üçlük sıx qrup halında peletondan uzaqlaşıb.

25-ci dövrədə Həmilton ikinci pit-stoplar dalğasına start verib, iki dövrə sonra Haydfeld və Petrov, növbəti dövrədə Uebber, 29-cu dövrədə Sutil və Barrikello, 30-cu dövrədə isə Alonso növbəti dəfə təkərlərini dəyişiblər – Fernando trasa Markın arxasında qayıdıb. 31-ci dövrədə mexaniklər Fettel, Batton və Rosberqə qulluq ediblər, növbəti dövrədə pitə baş çəkən Massanın maşınında sol arxa təkərin dəyişməsi zamanı komanda ləngiyib.

İlk üçlük eyni taktiki seçimlə peletondan xeyli uzaqlaşıb – son hissədə Medium təkərlərdən istifadə nəzərdə tutulub.

41-ci dövrədə Petrov, 43-cü dövrədə Uebber və Həmilton, 45-ci dövrədə Sutil, 46-cı dövrədə isə Alonso sonuncu pit-stoplarını reallaşdırıblar – bu dəfə Fernando Markın önündə trasa qayıdıb. Bir dövrə sonra yarışın lideri Fettel də sonuncu dəfə təkərlərini dəyişərək liderliyini qoruyub. 49-cu dövrədə Massa və Battında Medium təkərlərə keçiblər.

İlk üçlük inamla finişə yaxınlaşıb və Fettel mövsümdə 6-cı, karyerasında isə 16-cı qələbəsini qazanaraq, çempionatda üstünlüyünü bir qədər də artırıb. Fernando Alonso və Mark Uebber podiumu tamamlayıblar.

Valensiya yarışında bütün 24 sürücü finişə çata bilib – amma onlardan yalnız altıcı liderlə bir dövrədə qalıb. Algersuari ardıcıl ikinci yarışda 18-ci yerdən start alaraq finişdə səkkizinci olub. Peres bir pit-stop strategiyası seçən yeganə sürücü olub – amma meksikalı sürücü 11-ci yerlə kifayətlənib.

Silverstounda diffuzorun işində stabil işlənmiş qaz axınından istifadəyə qadağa qoyulacaq – iki həftədən sonra çempionatda vəziyyət dəyişə bilər. Bir az da gözləyək…

YerPilotKomandaMotorVaxt
01S.FettelRed BullRenault1.39:36.169
02F.AlonsoFerrariFerrari+ 0:10.891
03M.UebberRed BullRenault+ 0:27.255
04L.HəmiltonMcLarenMercedes+ 0:46.190
05F.MassaFerrariFerrari+ 0:51.705
06C.BattonMcLarenMercedes+ 1:00.065
07N.RosberqMercedes GPMercedes+ 1:38.090
08X.AlgersuariToro RossoFerrari+ 1 dövrə
09A.SutilForce İndiaMercedes+ 1 dövrə
10N.HaydfeldLotus Renault GPRenault+ 1 dövrə
11S.PeresSauberFerrari+ 1 dövrə
12R.BarrikelloWilliamsCosworth+ 1 dövrə
13S.BuemiToro RossoFerrari+ 1 dövrə
14P.di RestaForce İndiaMercedes+ 1 dövrə
15V.PetrovLotus Renault GPRenault+ 1 dövrə
16K.KobayaşiSauberFerrari+ 1 dövrə
17M.ŞumaherMercedes GPMercedes+ 1 dövrə
18P.MaldonadoWilliamsCoswort+ 1 dövrə
19H.KovalaynenTeam LotusRenault+ 2 dövrə
20Y.TrulliTeam LotusRenault+ 2 dövrə
21T.QlokMarussia VirginCosworth+ 2 dövrə
22J.D’AmbrozioMarussia VirginCosworth+ 2 dövrə
23V.LiutsiHispaniaCosworth+ 3 dövrə
24N.KartikeyanHispaniaCosworth+ 3 dövrə

Sürətli dövrə: Sebastyan Fettel (Red Bull) – 1:41.852 (53-cu dövrə).

Turnir cədvəli:

YerPilotKomandaMotorXal
01S.FettelRed BullRenault186
02C.BattonMcLarenMercedes109
03M.UebberRed BullRenault109
04L.HəmiltonMcLarenMercede97
05F.AlonsoFerrariFerrari87
06F.MassaFerrariFerrari42
07N.RosberqMercedes GPMercedes32
08V.PetrovLotus Renault GPRenault31
09N.HaydfeldLotus Renault GPRenault30
10M.ŞumaherMercedes GPMercedes26
11K.KobayaşiSauberFerrari25
12A.SutilForce İndiaMercedes10
13X.AlgersuariToro RossoFerrari8
14S.BuemiToro RossoFerrari8
15R.BarrikelloWilliamsCosworth4
16S.PeresSauberFerrari2
17P.di RestaForce İndiaMercedes2
18P.de la RosaSauberFerrari0
19Y.TrulliTeam LotusRenault0
20V.LiutsiHispaniaCosworth0
21J.D’AmbrozioMarussia VirginCosworth0
22H.KovalaynenTeam LotusRenault0
23T.QlokMarussia VirginCosworth0
24P.MaldonadoWilliamsCoswort0
25N.KartikeyanHispaniaCosworth0

Mühəndislər Kuboku:

YerKomandaMotorXal
01Red BullRenault295
02McLarenMercedes206
03FerrariFerrari129
04Lotus Renault GPRenault61
05Mercedes GPMercedes58
06SauberFerrari27
07Toro RossoFerrari16
08Force İndiaMercedes12
09WilliamsCosworth4
10Team LotusRenault0
11HispaniaCosworth0
12Marussia VirginRenault0

Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 385
Teqlər
Paylaş

logo