Argentina və Meksika Formula1-ə qayıtmağa ümid edirlər

Hazırda Mərkəzi və Cənubi Amerika Formula1 təqvimində cəmi bir – Braziliya Qran Prisi ilə təmsil olunub. Amma yaxın gələcəkdə vəziyyət […]

Hazırda Mərkəzi və Cənubi Amerika Formula1 təqvimində cəmi bir – Braziliya Qran Prisi ilə təmsil olunub. Amma yaxın gələcəkdə vəziyyət dəyişə bilər – Argentina və Meksika avtoidman həvəskarları yeni layihələr hazırlayıblar. Hər iki halda vəziyyət eynidir – Formula1 yarışlarının keçirilməsi təcrübəsi var, pul və istək var.

Argentina mərhələsi sonuncu dəfə 1998-ci ildə baş tutub və təqvimdən təşkilatçıların maliyyə problemləri üzündən çıxmışdı. Amma hazırda Populos şirkətinin (Silverstounun yenidənqurulması ilə məşğul olan şirkət) dəstəyi ilə Buenos Ayresin yaxınlığında Sarate yarış kompleksi tikilir. İşlər hələ təzə başlayıb, amma plana görə avto və moto yarışlar keçirməyə imkan verəcək trasın uzunluğu 5.5 km olacaq, trasın iki ildən sonra hazır olması gözlənilir.

Formula1-ə Meksikada marağın artması gözləniləndir. Yerli biznesmen, dünyanın ən varlı adamı Karlos Slimin səyi ilə Serxio Peres artıq çempionatda iştirak edir, bir neçə meksikalı gənc sürücü isə aşağı seriyalarda hazırlıq keçirlər. Mexikoda Rodriqes qardaşları adına avtodromda 1992-ci ildən sonra Formula1 yarışı keçirilmir, amma bu yaxınlarda FİA-nın yarış direktoru Çarli Uaytinq oraya baş çəkib. 2008-ci ildə Robert Kubitsa Formula1 maşınlarını yerli azarkeşlərə nümayiş etdirmişdi.

Aydındır ki, bunlar hamısı yalnız hazırlıq mərhələsidir. İstənilən halda yekun sözü Formula1-in kommersiya başçısı Berni Ekklstoun deyəcək…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*