Alpine maşının təqdimat tarixini açıqlayıb

Alpine növbəti mövsümdə yarışacağı maşının təqdimat tarixini elan edən dördüncü komanda olub. Yeni A523 fevralın 16-da Londonda təqdim olunacaq.

F-1.az xəbər verir ki, komandanın mətbuat xidməti bu barədə qısa paylaşım edib: “A523 ilə görüşə çox az vaxt qalıb. Özünüzdə 16 fevral 2023-cü il tarixini qeyd edin”.

Xatırladaq ki, bundan əvvəl yeni maşınların təqdimat tarixlərini AlphaTauri, Aston Martin və Ferrari komandaları açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*