Almaniya Qran Prisi – maşınların çəkisi

FİA Almaniya Qran Prisinin sıralanma turundan sonra maşınların start yanacağı ilə tərəzidə çəkilmələrinin nəticələrini dərc edib. Sıralanma turunun son sessiyasına […]

FİA Almaniya Qran Prisinin sıralanma turundan sonra maşınların start yanacağı ilə tərəzidə çəkilmələrinin nəticələrini dərc edib. Sıralanma turunun son sessiyasına ən az yanacaqla Censon Batton (Brawn GP) çıxıbmış – britaniyalı sürücü aqresiv strategiya seçib və trasda qısa birinci hissə keçirəcək, peletondan pit-stopa ilk o müraciət edəcək. Force İndia sürücüsü Adrian Sutil ilk onluqda ən ağır maşınla olub və yanacaq doldurmağa sonuncu yollanacaq – alman sürücü bu gün həqiqətən sürətli olub və sabahkı yarışda yaxşı nəticə göstərmək şansı olduqca yüksəkdir.

Startda ən ağır maşın isə Niko Rosberqdə olacaq, alman sürücüyə tərkərlər imkan versə, o yarışı bir pit-stopla başa vura bilər, amma yarışın taktikasına hava və Təhlükəsizlik Maşını da müdaxilə edə bilər…

Maşınların yanacaqla dolu çəkiləri, kq-la (ehtimal olunan ilk pit-stop dövrəsi):
1. M.Uebber (Red Bull) – 661.0 (21)
2. R.Barrikello (BrawnGP) – 647.0 (15)
3. C.Batton (Brawn GP) – 644.0 (14)
4. S.Fettel (Red Bull) – 661.0 (21)
5. L.Həmilton (McLaren) – 654.5 (18)
6. H.Kovalaynen (McLaren) – 664.0 (22)
7. A.Sutil (Force İndia) – 678.5 (28)
8. F.Massa (Ferrari) – 673.5 (26)
9. K.Rəykkönen (Ferrari) – 674.0 (26)
10. N.Pike (Renault) – 676.0 (27)
11. N.Haydfeld (BMW Sauber) – 681.0 (29)
12. F.Alonso (Renault) – 668.2 (24)
13. K.Nakacima (Williams) – 683.6 (30)
14. Y.Trulli (Toyota) – 683.7 (30)
15. N.Rosberq (Williams) – 689.6 (32)
16. R.Kubitsa (BMW Sauber) – 673.5 (26)
17. S.Buemi (Toro Rosso) – 674.5 (26)
18. C.Fizikella (Force İndia) – 662.5 (21)
19. T.Qlok (Toyota) – 662.3 (21)
20. S.Burde (Toro Rosso) – 689.5 (32)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*