Ş.Lekler: Təkərləri işlədə bilmədim

Ferrari komandasının sürücüsü Şarl Lekler bildirib ki, son cəhdində təkərləri işlədə bilməyib.

F-1.az xatırladır ki, sessiyanın bitməsinə iki dəqiqə qalmış Rassell qəza edərək, qırmızı bayraqlara səbəb olub. Bundan sonra sürücülər qarajda gözləməli olublar. Tras təmizlənəndən sonra trasa çıxan sürücülər ideal dövrə ata bilməyiblər.

Şarl Lekler: “Şərait çətin idi. Üç sürücü çox yaxın idi. Buna görə də həyəcanverici sıralanma turu oldu. Son cəhdimdə pit yolunda çox gözlədiyim üçün təkərləri işlətmək çətin oldu. Maks bir az sürətli idi. Buna görə də təbrik edirəm. Ümid edirəm ki, həyəcanverici yarış olar.

Təmiz yarış çıxarmaq istəyirəm. Son 5 yarış mənim üçün faciə kimi idi. Buna görə də layiq olduğum xalları qazanmaq istəyirəm”.

 

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*